Moskvada bomba həyəcanı: 4 minə yaxın insan təxliyə edildi
Rusiyanın paytaxtı Moskvada Manejnoy meydanının yaxınlığında yerləşən "Oxotnıy Ryad" ticarət mərkəzində bomba olması barədə polisə anonim zəng daxil olub.
25 Fevral 2018 23:14 DünyaRusiyanın paytaxtı Moskvada Manejnoy meydanının yaxınlığında yerləşən "Oxotnıy Ryad" ticarət mərkəzində bomba olması barədə polisə anonim zəng daxil olub.
Qaynarinfo Ria-Novosti-yə istinadən xəbər verir ki, hadisə yerinə dərhal FHN əməkdaşları cəlb olunub. Ticarət mərkəzində olan 4 min nəfər təxliyyə edilib. Əməliyyatlardan sonra verilən məlumatın yanlış olduğu ortaya çıxıb. Faktla bağlı araşdırma davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31