Azərbaycan cüdoçusu erməniyə qalib gəldi - Qızıl xalla

Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə” turnirində 1/4 finala vəsiqə qazanıb. 73 kq çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı 1/16 finalda avstraliyalı Ceyk Benstedi, 1/8 finalda isə tacikistanlı Bəhruz Xocazodanı məğlub edib.

Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində 1/4 finala vəsiqə qazanıb.

73 kq çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı 1/16 finalda avstraliyalı Ceyk Benstedi, 1/8 finalda isə tacikistanlı Bəhruz Xocazodanı məğlub edib.

R.Orucov 1/4 finalda ermənistanlı Ferdinand Karapetyanla qarşılaşıb. Görüş Azərbaycan cüdoçusunun qələbəsi ilə başa çatıb.

Təmsilçimiz yarımfinalda almaniyalı İqor Vandtke ilə üz-üzə gələcək. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31