Nəğməkar qız” Muğam Mərkəzində
24 Fevral 2018 17:04 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində "Nəğməkar qız" adlı konsert proqramı təşkil olunub. Muğam Mərkəzinin və "Mədəniyyət" kanalının birgə layihəsi olan konsertdə Əməkdar Artist Lalə Məmmədovanın ifasında xalq və bəstəkar mahnıları səslənib.
Konsertdə ifaçını Azərbaycan Televiziyasının Gülarə Əliyeva adına "Dan Ulduzu" instrumental ansamblı müşayiət edib. Ansamblın bədii rəhbəri Əməkdar Artist Tariyel Abbasovdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31