Trampın seçki kampaniyasının sözçüsü ittihamları qəbul etdi

ABŞ prezidenti Donald Trampın ittiham edilən yaxın adamlarından biri haqqında irəli sürülən bütün ittihamları qəbul edib. Bu barədə Tramp özünün Tvitter səhifəsində məlumat yayıb. Belə ki, Donald Trampın seçki kampaniyasının sözçüsü olmuş Riçard Kates Rusiya araşdırması çərçivəsində haqqında irəli sürülən bütün ittihamları qəbul etdiyini bildirib.

ABŞ prezidenti Donald Trampın ittiham edilən yaxın adamlarından biri haqqında irəli sürülən bütün ittihamları qəbul edib.

Bu barədə Tramp özünün Tvitter səhifəsində məlumat yayıb. Belə ki, Donald Trampın seçki kampaniyasının sözçüsü olmuş Riçard Kates Rusiya araşdırması çərçivəsində haqqında irəli sürülən bütün ittihamları qəbul etdiyini bildirib.

Dünya mediasının yazdığı məlumatlara görə, Riçard Kates davam edən araşdırma çərçivəsində istintaqla əməkdaşlığı qəbul edib. O və tərəfdaşları ABŞ-da lobbiçilik fəaliyyəti aparılması faktlarını gizlədərək Amerika idarələrinə dəfələrlə birlikdə yalan məlumat təqdim ediblər. Müttəhim Ukraynanın və respublikanın keçmiş prezidenti Viktor Yanukoviçin Bölgələr Partiyasının ABŞ-da maraqlarına lobbiçilik etməkdən ötrü Pol Manfortla işbirliyinə girdiyini və Avropa ölkələrindən keçmiş yüksəkçinli siyasətçiləri də bu fəaliyyətə qoşulduqlarını deyib.

Kolumbiya dairəsi federal məhkəməsinin sənədlərində xəbər verildiyi kimi, Kates 2008-2014-cü illər dövründə milyonlarla dollar köçürmə alıb və vergi ödənişini gizlədib.

Xatırladaq ki, o, prezident Trampın seçki kampaniyası zamanı menecer Robert Manfordun köməkçisi olub. Fəaliyyəti zamanı isə ABŞ hökumətinə qarşı təxribat qurmaq və Federal Təhqiqatlar Bürosuna yalan danışmaqda günahlandırılıb.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31