Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan tədbir
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xocalı soyqırımının iyirmi altıncı ildönümünə həsr olunan tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu ilə birgə keçirilən tədbirdə Universitetin Tədris işləri üzrə prorektoru, professor Validə Məmmədova, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor professor Gülşən Əliyeva çıxış edərək Azərbaycan həqiqətlərinin, xüsusən xalqın yaşadığı soyqırım dəhşətlərinin beynəlxalq aləmə daha ətraflı şəkildə çatırılmasının yolları barədə maraqlı fikirlər səsləndirib, təkliflər irəli sürüblər. Əcnəbi tələbələrin çoxluq təşkil etdiyi tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nicat Məmmədli “Xocalı soyqırımı” mövzusunda mühazirə ilə çıxış edib, soyqırımı əks etdirən videoçarx nümayiş olunub.
24 Fevral 2018 10:46 MədəniyyətAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xocalı soyqırımının iyirmi altıncı ildönümünə həsr olunan tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu ilə birgə keçirilən tədbirdə Universitetin Tədris işləri üzrə prorektoru, professor Validə Məmmədova, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor professor Gülşən Əliyeva çıxış edərək Azərbaycan həqiqətlərinin, xüsusən xalqın yaşadığı soyqırım dəhşətlərinin beynəlxalq aləmə daha ətraflı şəkildə çatırılmasının yolları barədə maraqlı fikirlər səsləndirib, təkliflər irəli sürüblər. Əcnəbi tələbələrin çoxluq təşkil etdiyi tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nicat Məmmədli "Xocalı soyqırımı" mövzusunda mühazirə ilə çıxış edib, soyqırımı əks etdirən videoçarx nümayiş olunub.
Tədbir çərçivəsində foyedə Rəssamlıq fakültəsinin "Dizayn və dekorativ-tətbiqi sənət" kafedrasının "Dizayn" ixtisasında təhsil alan tələbələrinin Xocalı soyqırımına həsr etdiyi sərgi də təşkil olunub. Sərgidə tələbələrdən Teyyub İsgəndərzadə, Vüsal Seyidov, Tural Həsənov, Fidan Cəfərova, Fidan Abidova, Solmaz Məmmədova və başqalarının işləri yer alıb. Bu işlərdə İsgəndərzadə Teyyubun Qarabağ ərazisində yerləşən bütün memarlıq abidələrinin konturlar vasitəsilə təsvirləri yer alan şüşə üzərində afişa xarakterli əsəri və b. xocalı soyqırımını əks etdirən əsərləri xüsusi qeyd edə bilərik