Gənc şair intihara cəhd etdi
Cabbar Çətin kimi tanınan gənc şairin intihar etməsi barədə xəbər yayılıb. Bu barədə şairin dostları Feysbuk hesablarında yazıblar. Hadisənin harada və necə baş verməsi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
24 Fevral 2018 16:40 SosialCabbar Çətin kimi tanınan gənc şairin intihar etməsi barədə xəbər yayılıb. Bu barədə şairin dostları Feysbuk hesablarında yazıblar.
Hadisənin harada və necə baş verməsi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
Şairin yaxınlarından olan Dəniz Bağırovanın verdiyi məlumata görə, şair gecə saatlarında özünü dənizə atıb. Ərazidə xidmət göstərən polis əməkdaşları onu ölümdən xilas edə bilib. O, Sumqayıt Tarvmatologiya Xəstəxanasına gətirilib və səhər saatlarında evə buraxılıb.
Həyatına təhlükə olmasa da, psixi durumu yerində deyil.
Qeyd edək ki, yanvar ayında intihar edən gənc şair Məlik Cahandan sonra Cabbar Çətin də intiharla bağlı paylaşımlar edib. Teleqraf.com