“Dream Doctor” layihəsinin hazırlıqları başlanıldı
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Tibb Universiteti və İsrailin Azərbaycandakı Səfirliyinin “Dream Doctor” adlı birgə layihəsinin hazırlıq işlərinə başlanılıb. Təlimlə bağlı ADMİU-da tələbələrlə görüş keçirilib. Görüşdə əvvəlcə ADMİU-nun rektoru, professor Fərəh Əliyeva çıxış edərək, həssaslıq, mərhəmət hissi tələb edən layihədə tələbələrin ürəklə, səmimi şəkildə iştirak edəcəyinə inandığını qeyd etmiş, onlara bu işdə uğurlar arzulayıb. Daha sonra ATU-nun dosenti Rəhimə Qabulova geniş təqdimatla çıxış edib.
24 Fevral 2018 10:37 MədəniyyətAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Tibb Universiteti və İsrailin Azərbaycandakı Səfirliyinin "Dream Doctor" adlı birgə layihəsinin hazırlıq işlərinə başlanılıb.
Təlimlə bağlı ADMİU-da tələbələrlə görüş keçirilib. Görüşdə əvvəlcə ADMİU-nun rektoru, professor Fərəh Əliyeva çıxış edərək, həssaslıq, mərhəmət hissi tələb edən layihədə tələbələrin ürəklə, səmimi şəkildə iştirak edəcəyinə inandığını qeyd etmiş, onlara bu işdə uğurlar arzulayıb. Daha sonra ATU-nun dosenti Rəhimə Qabulova geniş təqdimatla çıxış edib.
Qeyd edək ki, Universitetin "Aktyor sənəti", "Teatrşünaslıq", "Bədii yaradıcılıq və ekran dramaturgiyası", "Televiziya rejissoru", "Təsviri sənət", "Sosial iş" ixtisasları üzrə təhsil alan 40-dan çox tələbə layihədə iştirak etmək üçün müraciət edib. Layihə 5-15 mart tarixlərində keçiriləcəkdir. Tələbələr iki qrupa bölünəcək və hər qrup 1 həftə ərzində təlim-təcrübə keçəcək. İlk iki gün İsraildən dəvət olunan müəllimlərin təlimi, daha sonrakı üç gün isə tələbələrin Tibb Univeristetinin Terapevtik və Cərrahiyə Klinikalarında ağır xətəlikdən əziyyət çəkən uşaqlara mənəvi dəstək olmaqla, layihənin təcrübi hissəsində iştirak etmələri nəzərdə tutulub.