Gündəm

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

26 Fevral 2018 17:17

Bu gün saat 17:00-da Xocalısoyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb. Məlumata görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

Misir mediasında Xocalı ilə bağlı tarixi məqalə dərc olundu

26 Fevral 2018 17:14

Xocalı soyqırımının 26-cı il dönümünü Azərbyacandan kənarda yaşayan həmvətənlərimiz unutmur, unutdurmurlar. Misirin “alwasela.com” saytında “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun “Xocalı Soyqırımı-XX əsrin faciəsi” sərlövhəli məqaləsi yayılıb.

Bölgələrdə hərbi vətənpərvərlik tədbirləri keçirilib

26 Fevral 2018 17:13

Müdafiə və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə təşviqat qrupları tərəfindən müxtəlif bölgələrdə yerləşən orta məktəblərdə yeniyetmələrin çağırışaqədərki hazırlıq fənni üzrə müəllimlər və şagirdlərlə silsilə tədbirlər keçirilib.

Çində qayıq batdı - 5 ölü

26 Fevral 2018 16:57

Çinin Hunan əyalətində Yuanşuya çayında qayığın batması nəticəsində 5 nəfər həlak olub. Qumdaşıyan qayıqda 6 nəfər olub. Bir nəfəri xilas etmək mümkün olub. Axtarışlardan sonra digər 5 nəfərin meyiti tapılıb. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Bazarlarda GMO təhlükəsi: Qarşısı necə alınacaq?

26 Fevral 2018 16:55

Bu gün bazarlarımızda və iri ticarət mərkəzlərində pomidorun 70, kartofun 40, qarpızın 60 faizi GMO (genetik modifikasiya olunmuş) məhsullarıdır. Bu sözlər “Respublika” qəzetində genetik modifikasiya olunmuş məhsullar barədə dərc olunmuş məqalədə yer alıb. Məqalədə qeyd edilb ki, son 15-20 il ərzində GMO məhsullar bəşəriyyətin qarşısında, o cümlədən Azərbaycanda olduqca təhlükəli problemə çevrilib. Məsələn, soyuğa və xəstəliyə davamlı olması üçün kartofa əqrəb, qidalı olması üçün düyüyə insan, şaxtaya davamlı olması üçün pomidor və çiyələyə balıq genləri, banana analgin və s. vururlar.

İrəvan bu siyahıda birinci, Bakı axırıncı oldu

26 Fevral 2018 16:53

Ermənistan qiymət artımına görə keçmiş SSRİ ölkələri sırasında ilk yerə yüksəlib. Bu barədə informasiyanı Belarusun “BelaPAN” agentliyi yayıb. Agentlik cari ildə Ermənistanda qiymət artımının 2,7% təşkil etdiyini bildirib. Siyahıda ilk üçlükdə Özbəkistan (2,7%) və Ukrayna (1,5%) yer alıb. Onlardan sonrakı yerlərdə isə Belarus (0,8%), Gürcüstan (0,6%), Qazaxıstan (0,6%), Qırğızıstan (0,6%), Moldova (0,4%), Tacikistan (0,4%), Estoniya (0,4%), Litva (0,3%) və Rusiya (0,3%) qərarlaşıblar.

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum olub

26 Fevral 2018 16:52

Milli Məclisin növbəti iclası martın 6-da keçiriləcək. Artıq iclasın gündəliyi də məlumdur. Gündəliyə 24 məsələ daxil edilib.

Rəhbərlikdən qəribə əmr: “Mağazalarda şüşələr tündləşdirilsin”

26 Fevral 2018 16:50

Türkmənistan paytaxtı Aşqabadda mağaza sahiblərinə ticarət obyektlərinin şüşələrinin tündləşdirilməsi göstərişi verilib. Bundan əlavə, onlar mağazaların girişindəki reklam lövhələrini yığışdırmalıdırlar.

Giorgi Marqvelaşvili: “Gürcüstan azərbaycanlıları assimilyasiya olunmur”

26 Fevral 2018 16:48

“Gürcüstanda yaşayan etnik azərbaycanlılar assimilyasiya olunmur”. Məlumata görə, bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili “Müstəqillikdən azadlığa – respublikanın 100 illiyi” kampaniyası çərçivəsində Marneulidə azərbaycanlı gənclər və ictimaiyyət nümayəndələri ilə görüşdə deyib.

Aİ Şimali Koreyaya qarşı sanksiyaları gücləndirdi

26 Fevral 2018 16:47

Avropa İttifaqı (Aİ) Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiyaları gücləndirib, o cümlədən ticarət məhdudiyyətlərini sərtləşdirib və şimali koreyalı bütün işçilərin çıxarılmasına qərar verib.

DİN Südabə Həsənovanın qardaşı oğlunun həbsi haqda

26 Fevral 2018 16:45

Bir neçə gündür ki, mətbuatda Bakı sakini Mehriban Rəhmənovanın kirayənişini tərəfindən aldadılması – ev əşyaların satılması və sözügedən mənzildə səfil həyatı sürməsi ilə bağlı çeşidli yazılar dərc edilirdi.

AzTU-da xarici tələbələrə Xocalı soyqırımı haqqında geniş məlumat verilib

26 Fevral 2018 16:37

Fevralın 26-da Azərbaycan Texniki Universitetinin Milli Qəhrəmanlar və Şəhidlər muzeyində universitetdə təhsil alan xarici tələbələrin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

Növbəti il Xocalıda qətl törədənlərin mühakimə ili olmalıdır

26 Fevral 2018 16:36

"2019-cu il Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirmiş sərkisyanların ohanyanların, balayanların mühakimə ili olmalıdır” . “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Mil-Muğan şöbəsinin sədri Asif Quliyev deyib ki, bu vəhşiliyin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər, aparılan fəaliyyət belə deməyə əsas verir: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir neçə il əvvəl başlatdığı “Xocalıya Ədalət” kampaniyası çərçivəsində əldə etdiyimiz nailiyyətlər, uğurlar onu deməyə əsas verir ki, Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirmiş erməni vandallarının beynəlxaklq ədalət məhkəməsində mühakimə olunması günü uzaqda deyil”.

Radikallar daha da aqressivləşirlər

26 Fevral 2018 16:31

Prezident seçkiləri yaxınlaşdıqca, radikal müxalifət düşərgəsində özünü “real ana müxalifət” təşkilatlarını birləşdirdiyini iddia edən “Milli Şura” və bu qurumun idarəçilik yüyənini əlində saxlayan AXCP sədri Əli Kərimli daha da aqressivləşməyə başlayıb. Xüsusilə, Avropada yaşayan qondarma siyasi mühacirlər vasitəsilə “siyasi imic” formalaşdırmağa cəhd edən dağıdıcılar hətta bunun üçün erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən təşkilatlarla da gizli münasibət saxlamaqdadırlar. Əbəs deyil ki, sosial şəbəkələrdə Ə.Kərimlinin söyüş qrupu tez-tez Orduxan Bəbirovun, Məhəmməd Mirzəlinin, Səid Nurinin və s. milli satqınların rəylərini paylaşır, özləri də həmin rəylərə münasibət bildirirlər. Bu münasibətlərin arxasından isə bilavasitə erməni barmağının çıxacağına ümumiyyətlə, şübhə yoxdur. Çünki ictimai rəy daha öncələr də bənzər halların şahidi olublar.

Barama “Gələcək üçün Startap” layihəsində əsas tərəfdaş kimi çıxış edir

26 Fevral 2018 16:29

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yerli startapların inkişafına dəstək verməkdə davam edir.  Mərkəz bu dəfə Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin təşkil etdiyi “Gələcək üçün Startap” layihəsində əsas tərəfdaş kimi çıxış edir.  Layihənin əsas məqsədi gənclərin innovasiya sahəsinə marağını artırmaq, onları startup layihələrinin hazırlanmasında istiqamətləndirmək və bununla da gənc sahibkarların və Azərbaycanda startap ekosisteminin inkişafına təkan verməkdən ibarətdir.