Gündəm

Kəmalə Ağazadəyə qarşı cinayət işi açıldı

26 Fevral 2018 18:08

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin barəsində cinayət işi başlanıb. Cinayət işini birlik sədrinin qohumu və Birliyin keçmiş əməkdaşı Həcər Kəngərlinin şikayəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı mübarizə İdarəsi qaldırıb.

Azərbaycanlı qadınları fahişəliyə cəlb edən müğənni axtarışa verildi -  RƏSMİ

26 Fevral 2018 18:02

Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ölkə vətəndaşı olan qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxslə bağlı məlumat yayıb. Fevralın 26-da idarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü, Bakı şəhər sakini Muradova Təranə Əli qızının ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib. Hazırda T.Muradovanın tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.

"Liverpul"un əsas transfer hədəfi

26 Fevral 2018 17:58

"Liverpul" mövsümün sonunda yarımmüdafiə xəttini daha da gücləndirməyə çalışacaq. "Qırmızılar"ın əsas transfer hədəfi "Napoli"nin oyunçusu Jorjinyo olacaq. İtaliya millisinin Braziliya əsilli futbolçusunun klubu ilə cari müqaviləsi 2020-ci il 30 iyunda başa çatır.

Əli Həsənov TRT WORLD kanalına eksklüziv müsahibə verib – VİDEO

26 Fevral 2018 17:55

Xocalı soyqırımının ildönümündə Türkiyənin TRT WORLD kanalı Azərbaycanın haqq davasına dair silsilə verilişlər hazırlayıb. Təqdim edilən verilişlər arasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, prezidentin köməkçisi Əli Həsənovun TRT WORLD kanalına eksklüziv müsahibəsi də var. 

Ərdoğanla Makron Suriyayla bağlı birgə qərar veriblər

26 Fevral 2018 17:47

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb. Ölkə başçıları Suriyadakı son hadisələri və iki dövlət arasındakı münasibətləri müzakirə edib. Azad Suriya Ordusu ilə birgə həyata keçirdikləri “Zeytun budağı” əməliyyatı barədə həmkarına məlumat verən Ərdoğan Afrinin terrorçu ünsürlərdən təmizlənməsi ilə qaçqınların Suriyaya geri qayıdacağını bildirib.

Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımının qurbanları anılıb

26 Fevral 2018 17:43

Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Avstraliyadakı fəxri konsulluğundan verilən məlumata görə, konsulluq tərəfindən təşkil edilən tədbirdə Melburnda yaşayan həmyerlilərimiz, ictimai xadimlər, media təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.

"Sahil" metrosu nə vaxt açılacaq? - Dəqiq tarix

26 Fevral 2018 17:39

2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun "Sahil” stansiyası bu il iyulun 1-də təhvil veriləcək. Bu barədə cavab olaraq, "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. 

Ata qızına təcavüz etdi, məhkəmə bəraət verdi

26 Fevral 2018 17:38

Ata zehni əngəlli qızına təcavüz etdi. Ankarada bir ananın iddiasına görə əri zehni qüsurlu qızına təcavüz edib.  Boşanma ərəfəsində olan ana qızının əri tərəfindən təcavüz etdiyini iddia edib. 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları dağ rayonlarında uğurla icra edilir

26 Fevral 2018 17:36

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ucqar dağ rayonlarında da uğurla icra edilir. Hər bir ucqar dağ rayunu kimi Şəkidə də 2004-cü ildən bu günə qədər icra olunan Dövlət Proqramları bu dağ rayonunun simasını əsaslı dərəcədə dəyişib, abadlaşdırıb, gözəlləşdirib. Dövlət proqramları çərçivəsində həyata keçirilən infrastruktur layihələri, quruculuq-abadlıq işləri Şəkini həm daxildən, həm də xaricdən ziyarət etmək istəyənlər üçün cəlbedici məkana çevirib.

Mingəçevirdə zavodda PARTLAYIŞ: xəsarət alanlar var

26 Fevral 2018 17:34

Mingəçevir şəhərindəki "Azneftmaş" ASC-də partlayış olub, iki nəfər xəsarət alıb. Hadisə bu gün gunorta saatlarında qeydə alınıb. Məlumata görə, partlayış qaynaq aparatındakı nasazlıq səbəbindən baş verib. Partlayış nəticəsində müəssisənin əməkdaşları - 1978-ci il təvəllüdlü Soltan Qəzənfər oğlu Nazirov və 1986-cı il təvəllüdlü Maqsud Yaqub oğlu İsrafilov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar Mingəşevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ermənilər xocalılılara qarşı etdikləri qanlı cinayətlərə görə cavab verəcəklər

26 Fevral 2018 17:26

“Xocalı soyqırımının törədilməsi ilə ermənilər bəşəriyyətə qarşı cinayət törədiblər”. “OLAYLAR” yap.org.az-a istinadən xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Elman Məmmədov səsləndirib. O, bildirib ki, ötən əsrdə Xocalı üç dəfə - 1905-1906, 1918-1920 və 1992-ci ilin fevralında ermənilər tərəfindən yandırılıb. 

Putin Təhlükəsizlik Şurasını topladı

26 Fevral 2018 17:24

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantı keçirib. Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb. Rusiya Təhlükəsizlik Şurasının iclasında Şərqi Qutadakı vəziyyət müzakirə edilib. Terrorçuların davamlı təxribatları nəticəsində yaranan ciddi narahatlıq ifadə olunub. BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş 2401 saylı qətnamənin həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Rusiyada işsizlərin sayı artıb

26 Fevral 2018 17:22

Rusiyada rəsmi qeydiyyatda olan işsizlərin sayı artıb. Məlumata görə, bu barədə Rusiya Əmək Nazirliyi məlumat açıqlayıb. Nazirliyin yaydığı məlumata görə, həftə ərzində işsizlərin sayı 0,9 faiz artmaqla, fevralın 21-ə 800 630 nəfər təşkil edib.

"Xocalı faciəsi insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biridir"

26 Fevral 2018 17:21

Xocalı faciəsi insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biridir. Bu barədə Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlu "Facebook"dakı səhifəsində yazıb. Ə.Davudoğlu qeyd edib: "Canımız olan azərbaycanlı qardaşlarımızın o gecə yaşadıqları qanlı faciə bizi bir-birimizə daha da yaxınlaşdırdı. Heç şübhəsiz ki, vaxt gələcək işğal altında olan Azərbaycan torpaqları azad olunacaq, yurdlarından didərgin salınan soydaşlarımız öz evlərinə qayıdacaqlar".

"Xocalı soyqırımı müasir dünyada qəddarlığın, amansızlığın və cəzasızlığın nümunəsidir"

26 Fevral 2018 17:18

"Xocalı soyqırımı müasir dünyada qəddarlığın, amansızlığın və cəzasızlığın bir nümunəsidir". Bunu millət vəkili Elman Nəsirov deyib. Onun sözlərinə görə, ermənilər bu cür qəddarcasına törətdikləri vəhşiliklərə görə hələ də cəzasız qalıb: "Eyni zamanda, Xocalı faciəsi onu göstərdi ki, XX əsrin sonunda erməni cəlladları dinc azərbaycanlı əhaliyə qarşı planlı, məqsədyönlü şəkildə məhz azərbaycanlı, məhz xocalılı olduqlarına görə bu bəşəri cinayəti həyata keçiriblər. Buna görə də bu soyqırım cinayətidir.