Gündəm
2018-ci ilin 10 ən qabaqcıl texnologiyası bəlli olub
Analitiklər cari ilin 10 ən qabaqcıl və perspektivli texnologiyasını müəyyənləşdiriblər. Bu texnologiyaların hər biri ayrılıqda dünyanı dəyişdirmək qabiliyyətinə malikdir.
“Android” sistemli smartfon istifadəçiləri əlavə reallıq funksiyasından yararlanacaq
"Google" şirkəti ən yeni "Android 8 Oreo" əməliyyat sistemini "ARCore" əlavə reallıq texnologiyasından istifadə funksiyası ilə təchiz edib. Texnologiyanın mahiyyəti ondan ibarətdir ki, real şəkildə mövcud olmayan təsvirləri əlavə etmək mümkün olacaq.
“Samsung” şirkəti yeni smartfonlarını təqdim edib- VİDEO
"Samsung" korporasiyası yeni "Galaxy S9" və "S9 Plus" smartfonlarını təqdim edib. "ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, qurğunun standart versiyası 2960x1440 nöqtə təsvir ölçülü 5,8 düymlük ekranla təchiz edilib. "Galaxy" seriyasının əvvəlki nəslindən fərqli olaraq barmaq izləri skaneri indi kameranın alt hissəsində yerləşib. "Plus" versiya eyni təsvir ölçülü 6,2 düymlük ekranla təchiz edilib.
“Nokia 8110” telefonunun yenilənmiş versiyası təqdim edilib
“HMD Global” şirkəti “Nokia 8110” telefonunun yenilənmiş versiyasını təqdim edib. “ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, orijinal “Nokia 8110” telefonu 1997-ci ildə buraxılıb və "Matrix" filmində istifadə edilib. Formasına görə bu telefona "banan" ləqəbi verilmişdi. Telefonun yeni versiyası 320x240 piksel təsvir ölçülü 2,4 düymlük ekran, 2 meqapiksellik kamera, 4 QB-lıq daşıyıcı ilə təchiz edilib və “4G” dəstəyinə malikdir. Smartfonun avtonom işləmə müddəti 25 gündür. Mayda satışa çıxarılacaq telefonun qiyməti 80 avro təşkil edəcək.
Yeni “Energizer” smartfonu 16 min milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək
“Energizer” şirkəti bu yaxınlarda 4500 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunan “Power Max P600S” smartfonunu təqdim edib. Bu dəfə isə şirkət daha güclü tutuma malik mobil qurğu hazırlayır. Belə ki, yeni “Energizer Power Max P16K Pro” smartfonu 16 min milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək.
İspaniya kralının səfəri Barselonada kütləvi etirazlara səbəb oldu
İspaniya kralı VI Filippin Dünya Mobil Konqresi münasibətilə Barselonaya səfəri şəhərdə etiraz aksiyalarına səbəb olub. Polislə toqquşmalarda 19 nəfər yaralanıb. Bütün yaralıların yüngül xəsarət aldığı bildirilir. Onların əksəriyyətinin monarxın dünən axşam getdiyi Kataloniya Musiqi Sarayına gedən yolda polis kordonunu yarmağa çalışarkən xəsarət aldığı vurğulanır. Ümumilikdə, aksiyalar dinc xarakter daşıyıb. Nümayişlər Kataloniyanın müstəqilliyini dəstəkləyən "Respublikanın qorunması komitələri" tərəfindən təşkil edilib.
ABŞ-ın Çinə neft ixracı 8 dəfə artıb
Bu ilin yanvar ayında ABŞ Çinə neft ixracının aylıq həcmini 1,743 mln. ton (12,7 mln. barel) və yaxud 7,8 dəfə artıraraq 2 mln. tona (14,6 mln. barel) çatdırıb. Bu barədə Çinin gömrük xidməti məlumat yayıb. Məlumatda həmçinin deyilir ki, Çinə neft ixracında ilk sırada olan Rusiya sözügedən göstəricini illik müqayisədə 23,4% artıraraq 5,67 mln tona (41,4 mln barel) çatdırıb. Növbəti yerlərdə 4,68 mln. ton (34,2 mln. barel) ixrac həcmi ilə Anqola və 4,45 mln. ton (32,5 mln. barel) ixrac həcmi ilə İraq qərarlaşıb.
Kastamonuda Xocalı soyqırımı abidəsi açılacaq
Millət vəkili Qənirə Paşayeva Kastamonu bələdiyyə başqanı Tahsin Babaş ilə görüşüb. Millət vəkili görüş zamanı Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb və yaxın zamanlarda Kastamonunun mərkəzi küçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə, eyni zamanda, orada Xocalı soyqırımı abidəsinin ucaldılacağına inandığını deyib.
“Sonsuz dəhliz” filmi AZTV-də nümayiş olunacaq
Fevralın 26-da Azərbaycan Dövlət Televiziyasında (AZTV) saat 20:00-da efirə gedəcək “Xəbərlər” proqramından sonra Litva kinematoqrafçılarının istehsalı olan "Endless Corridor" ("Sonsuz dəhliz") adlı sənədli filmin Azərbaycan dilinə tərcümə edilmiş versiyası nümayiş olunacaq.
Bollivud ulduzunun ölüm səbəbi bilindi
Hindistandan olan aktrisa Şridevinin ölüm səbəbi bəlli olub. Aktrisa fevralın 24-də 54 yaşında ölüb. Aktrisa ölümündən öncə Dubaya gəlib. Burada o, qardaşı oğlunun toyunda iştirak edib.
KFC restoranlar şəbəkəsi üzr istədi
Dünyaca məşhur olan KFC restoranlar şəbəkəsinin İngiltərədəki restoranları toyuq qıtlığına görə bağlanıb. Keçən həftə KFC-nin İngiltərədəki mağazalarında toyuq bitib və bu məsələ geniş şəkildə işıqlandırılıb.
Martın 18-nə HAZIRLAŞIN: 2018-ci ildə üçüncü analoji hadisə olacaq
Astronomlar bütün planet üzrə növbəti maqnit qasırğasının tarixini proqnozlaşdırıblar. Proqnozlara görə, maqnit qasırğası martın 18-də bütün planeti əhatə edəcək. Bu, cari ilin əvvəlində üçüncü analoji hadisə olacaq. Yanvarın 15-də birinci, fevralın 19-da isə ikinci maqnit qasırğası baş verib.
Nazirin də öz agenti olub - MTN generalı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrində çıxarılmış hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.














