KFC restoranlar şəbəkəsi üzr istədi

Dünyaca məşhur olan KFC restoranlar şəbəkəsinin İngiltərədəki restoranları toyuq qıtlığına görə bağlanıb. Keçən həftə KFC-nin İngiltərədəki mağazalarında toyuq bitib və bu məsələ geniş şəkildə işıqlandırılıb.

İngiltərədəki 900 mağazadan 800-ü toyuq olmadığı üçün xidmət göstərə bilməyib. Restoranlar şəbəkəsi bu gün İngiltərədə qəzetlərdə elan verərək mağazalarındakı toyuq qıtlığı ilə bağlı üzr istəyib. Elanda bunlar yazılıb: "Toyuqsuz bir toyuq restoranı ideal deyil. Müştərilərimizdən üzr istəyirik".

Keçən həftənin bazar ertəsi günü bağlı olan restoranların hamısı cümə gününə qədər açılıb. AzNews.az-ın dünya mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31