Gündəm
Milli qəhrəmanlarla bağlı sənədli filmlər nümayiş olunub
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində müasir Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Dövlət rəsmilərinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Xocalı faciəsi zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanda oğul yaşlı anasını amansızlıqla qətlə yetirdi
Bakının Qaradağ rayonunda dəhşətli qətl hadisəsi baş verib. Ələt qəsəbəsi, Əzimzadə küçəsi, ev 12 ünvanında yaşayan 1944-cü il təvəllüdlü Zərnişan İslamova 34 yaşlı oğlu (ad-soyadı açıqlanmır) ilə mübahisə edib.
Şərqi Quta bombalanır
Azərbaycanlı hakerlər erməniləri şoka saldı - "Prezident"in səhifəsində Xocalıdan yazdılar - FOTOFAKT
Azərbaycanlı hakerlərdən ibarət qrup "Anti-armenia Team" qondarma "Dağlıq Qarabağ Respublikası"-nın "prezidenti" Bako Sahakyanın "Feysbuk" hesabını ələ keçirib. Hakerlər qondarma "respublika" "prezidentinin" hesabından Xocalı soyqırımı zamanı həlak olanlarla bağlı müxtəlif məlumatlar paylaşdıqdan sonra hesabda öz izlərini qoymağı da unutmayıblar.
Bu gün Novruzun ilk çərşənbəsidir
Bu gün Azərbaycanda ilk çərşənbə qeyd olunur. Artıq bu həftədən su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona "əzəli çərşənbə", "gül çərşənbə" də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə "təzə su", yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.
Useyn Bolt “Borussiya”da oynayacaq
Əfsanəvi atlet Useyn Bolt peşəkar futbolçu olmağa hazırlaşır. Məlumata görə, yamaykalı idmançı "Twitter" hesabında “Bfutbol klubu ilə müqavilə imzaladım”,- deyə yazıb. Bolt yeni klubunun adını sabah açıqlayacağını bildirsə də, Almaniya mətbuatı 32 yaşlı sabiq atletin Dortmund “Borussiya”sı ilə anlaşdığını iddia edir. Bir müddətdir komanda ilə məşqlərə qatılan Boltun mart ayından etibarən “Borussiya”nın heyətində meydana çıxması gözlənilir.
Axundov və “Sumqayıt” - Penalti rekordları
Azərbaycan Premyer Liqasının XVII turu "Keşlə" - "Sumqayıt" oyununda erkən penaltinin təyin olunması ilə diqqət çəkib. 2:1 hesabı ilə qalib gələn qonaqlar artıq 2-ci dəqiqədə 11 metrlik zərbə yerinə yetirib. Tural Axundovun penaltidən dəqiq istifadə edib. Bunadək mövsümün ən erkən penaltisi Adrian Popoviçinin hesabındaydı. "Səbail"in futbolçusu "Kəpəz"lə matçın 5-ci dəqiqəsində 11 metrlik nöqtədən dəqiq olmuşdu.
Kəmalə Ağazadəyə qarşı cinayət işi açıldı
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin barəsində cinayət işi başlanıb. Cinayət işini birlik sədrinin qohumu və Birliyin keçmiş əməkdaşı Həcər Kəngərlinin şikayəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı mübarizə İdarəsi qaldırıb. Şikayətçi iddia edir ki, K.Ağazadə onun və iş yoldaşlarının 8 aylıq əməkhaqqını məcburən alıb.
Qar "Yuventus"a mane oldu
İtaliya A Seriyasının 26-cı turunun bir oyunu təxirə salınıb. "Yuventus" - "Atalanta" matçı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. Turinə yağan güclü qar matçın başqa vaxta salınmasına səbəb olub. Qarşılaşmanın keçiriləcəyi vaxt açıqlanmayıb.
“Səbail”də ilk, "Qəbələ"də 4-cü dəfə
Topaz Premyer Liqasının XVII turunda iki avtoqol qeydə alınıb. Turun ilk günündə mövsümün 6-cı avtoqolu vurulub. Bu, "Səbail" - "Qəbələ" matçına (2:1) təsadüf edib. Qonaqların ukraynalı müdafiəçisi Vitali Vernidub öz qapısına qol vurmaqla hesabı açıb. Hər iki komanda cari mövsümdə ilk dəfə avtoqola şahid olub. Bu isə o deməkdir ki, Premyer Liqanın debütantı "Səbail" tarixində ilk dəfə rəqib qoluna sevinib. "Qəbələ" isə çempionatın yüksək liqasında 4-cü dəfə öz qapısına qol vurub. Vernidubadək Murad Hüseynov 2011/12, Amit Quluzadə 2013/14, Ruslan Tağızadə 2014/15 mövsümündə uğursuzluq yaşamışdı.
Universitetdə Xocalı faciəsinin qurbanları yad edildi
Fevralın 26-da Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar Təşkilatının (THT) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Xocalıda törədilən faciə haqqında ümumi məlumat verilib, həyatını itirən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra TGT-nin nəzdində fəaliyyət göstərən Teatr klubu tərəfindən hazırlanan “Ürəyində arzu tut” adlı tamaşa tələbələrin ifasında nümayiş edilib.
“Sony Xperia XZ2” və “Xperia XZ2 Compact” smartfonları rəsmən təqdim edilib
“Sony Mobile Communications” şirkəti 26 fevral – 1 mart tarixlərində Barselonada keçiriləcək “MWC 2018” sərgisində güclü “Sony Xperia XZ2” qabaqcıl smartfonunu və onun yığcam versiyası olan “Xperia XZ2 Compact” modelini təqdim edib.
Əsəri Türkiyənin sərvəti olan azərbaycanlı kimdir? - FOTO
Azərbaycanlı rəssamın Mustafa Kamal Atatürkə həsr etdiyi portret Türkiyə Cümhuriyyətinin sərvəti olaraq, Ankarada Atatürkün ev muzeyində sərgilənir. Portretin müəllifi tanınmış rəssam Günay Mehdizadədir.
İnsanabənzər “Saram” robotu təqdim olunub
“Samsung” şirkəti süni intellektə malik insanabənzər “Saram” robotunun hazırlanmasını başa çatdırıb.
Xocalı qətliamından bəhs edən “Sonsuz dəhliz” filmi AZTV-də nümayiş olunacaq
Fevralın 26-da Azərbaycan Dövlət Televiziyasında (AZTV) saat 20:00-da efirə gedəcək “Xəbərlər” proqramından sonra Litva kinematoqrafçılarının istehsalı olan "Endless Corridor" ("Sonsuz dəhliz") adlı sənədli filmin Azərbaycan dilinə tərcümə edilmiş versiyası nümayiş olunacaq. Filmin ingilis dilində olan versiyasında kadrarxası mətni məşhur britaniyalı aktyor, “OSKAR” mükafatçısı Ceremi Ayrons oxuyur. Azərbaycan dilində olan versiyada mətni Azərbaycanın xalq artisti Rafiq Hüseynov tərəfindən səsləndirilib.














