Şərqi Quta bombalanır

BMT Təhlükəsizlik Şurasının Suriyada atəşkəsə dair qəbul etdiyi qətnaməyə baxmayaraq Şərqi Qutada döyüşlər davam edir. Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. Fevralın 26-da Şərqi Qutaya endirilən avia-zərbələr nəticəsində azı 30 nəfər həlak olub.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası fevralın 24-də Suriyada, xüsusilə də, Şərqi Qutada yaşayan insanlara gərəkən yardımların edilməsi üçün 30 günlük atəşkəsin elan edilməsi barədə qərar qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31