Milli qəhrəmanlarla bağlı sənədli filmlər nümayiş olunub

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində müasir Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Dövlət rəsmilərinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Xocalı faciəsi zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində müasir Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Dövlət rəsmilərinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Xocalı faciəsi zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək erməni hərbi birləşmələrinin Xocalıda törətdikləri soyqırımı haqqında danışıb, bu qətliamın bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri olduğunu qeyd edib.

Nazir müavini deyib: "Azərbaycanın Milli qəhrəmanları" sənədli filmlər silsiləsindən "Yaddaş" və "Salnamə" studiyalarında dövlət sifarişi ilə bu günədək 85 film çəkilmiş, həmin filmlərin paytaxtda və ölkənin müxtəlif bölgələrindəki mədəniyyət mərkəzlərində, hərbi hissə və hərbi məktəblərdə, ali və orta ümumtəhsil məktəblərində nümayişləri təşkil olunub".

Tədbirdə Nizami Abbas çıxışında rejissoru olduğu və "Yaddaş" studiyasında çəkdiyi "İgid əsgər" və "İsgəndərin sorağında" sənədli filmləri barədə məlumat verib. Bildirib ki, "Azərbaycanın Milli qəhrəmanları" sənədli filmlər silsiləsindən olan həmin ekran əsərləri Milli qəhrəmanlar Yusif Mirzəyev və İsgəndər Aznaurovun Qarabağ müharibəsində keçdikləri şərəfli döyüş yolundan bəhs edir.

Sonra hər iki film nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31