Gündəm

Azərbaycan Parlament diplomatiyasının uğuru

27 Fevral 2018 11:12

Avropa Parlamentində yenicə yaranmış “Azərbaycanın Dostları Klubunun” üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul edilib. Bəyənatın qəbul edilməsi təşəbbüsü Avropa Parlamentinin Latviyadan olan deputatı, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü və “Azərbaycanın Dostları Klubu”nun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb. Bunu  millət vəkili Rauf Əliyev deyib.

Səməd Seyidov Türkiyənin Baş naziri və parlament sədri ilə görüşəcək

27 Fevral 2018 11:10

Türkiyənin Baş naziri Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri İsmayıl Kahraman Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşəcək.  Türkiyə parlamentindən verilən məlumata görə, görüşlər bu gün baş tutacaq. Bundan başqa, bu gün TBMM-in Xarici işlər komissiyasının sədri Volkan Bozkırla Səməd Seyidovun görüşü də nəzərdə tutulur.

Təbiətə 8510 manat məbləğində ziyan vurdu

27 Fevral 2018 10:21

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi İmişli rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib. ETSN-nin mətbuat xidmətindən Olaylar.az- a  verilən məlumata görə, keçirilən reyd zamanı İmişli rayon Əliyetməzli kəndi ərazisində, Kür çayının mühafizə zonasında 0,30 ha yaşıllıq sahəsində yaşköküstə 38 ədəd yulğun kolunun və 16-50 sm diametrliyində 21 ədəd qovaq və söyüd ağacının kəsildiyi aşkar edilib.

“Xocalı” tamaşası nümayiş olundu

27 Fevral 2018 10:16

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Uşaq Teatrı nəzdində fəaliyyət göstərən “Gunay” uşaq studiyasının ifasında Zərəngiz Dəmirçi Qayalının “Xocalı” tamaşası nümayiş olunub. Tədbirdə Baş İdarənin rəis müavinləri Nazim Əliyev, Gülnarə Seyidova, Bakı Uşaq Teatrı teatrının direktoru İntiqam Soltan, Türkiyə Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov, “Dövlət və qanun” qəzetinin baş redaktoru Yasəmən Möhöbbətqızı və başqaları iştirak ediblər.

Xocalı faciəsi Hyuston Universitetində yad edildi

27 Fevral 2018 10:04

Xocalı soyqırımının 26-cı il dönümü ilə əlaqədar ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən Hyuston Universitetində Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyası, “Azərbaycan Mərkəzi”nin və Azərbaycan-İsrail Dostluq Cəmiyyətinin təşkilatlığı və Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə tədbir keçirilmişdir. Sözügedən tədbir “Xocalıya ədalət” kompaniyası çərçivəsində baş tutmuşdur. Tədbirdə universitetin müəllim və tələbə heyəti, Hyustonda yaşayan Azərbaycan icmasının və yerli ictimayyətin nümayəndələri iştirak etmişlər. Həmçinin tədbirdə iştirak etmək üçün “Qara qar damcıları” (“Black Snowdrops”) kitabının müəllifləri Efim Abramov (İsrail) və Leyla Begim (Çexiya Respublikasi) gəlmişlər.

Rusiyada güclü yanğın: 6 ölü, 4 yaralı

27 Fevral 2018 10:00

Rusiyanın Perm vilayətinin Çusovoy şəhərində yataqxanada yanğın baş verib. Yanğın nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. Yaralananlar xəstəxanaya yerləşdirilib.

Ticarət mərkəzində yanğın

27 Fevral 2018 09:31

Tbilisidə “Terqi” ticarət mərkəzində güclü yanğın baş verib. Alov ümumilikdə 2 min kvadrat metr ərazini əhatə edib. Hadisə yerinə 35 yanğınsöndürmə briqadası cəlb edilib.

Su çərşənbəsində nə etməli?

27 Fevral 2018 09:28

“Əzəl çərşənbə” gəldi Xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə davam edən Boz ay ərzində Su, Od, Yel və Torpaq çərşənbələri qeyd edilir. İnanca görə, ilk çərşənbə günü su və su mənbələri təzələnir, ikinci çərşənbədə yandırılan od yeni həyatın, baharın və istiliyin gəlişinə işarə edir, üçüncü çərşənbədə isti külək bütün canlılara nüfuz edir. Dördüncü çərşənbədə isə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır. Beləliklə, bahar gəlir...

Atası zəngin olduğu halda, oğlu dönər satır

27 Fevral 2018 09:26

Müğənni Əmrahın illərdir yola getmədiyi oğlu Tayfun Bursada şərikli dönər evi açıb. Atası tərəfindən qəbul edilməyən və bir neçə dəfə onunla mübahisə edən Tayfun öz ayaqları üstə durmaq istədiyini bildirib:

Pekində SARI HƏYƏCAN

27 Fevral 2018 09:23

Pekin şəhər (Çin) rəhbərliyi kifayət qədər uzunmüddətli fasilədən sonra paytaxtda havanın keyfiyyətinin kəskin pisləşməsi səbəbindən sarı həyəcan səviyyəsi elan edib. Bu barədə Pekinin Ətraf mühitin Mühafizəsi üzrə bələdiyyə bürosu məlumat yayıb.

İnsan gözünün bənzəri yaradılıb

27 Fevral 2018 09:24

ABŞ-ın Harvard Universitetinin nəzdində fəaliyyət göstərən Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin (SEAS) alimləri tərəfindən elektron qaydada idarə edilən süni göz yaradılıb. Kvadrat metalinza, polimer və elektrodlardan hazırlanan süni əzələlərdən yaradılımış süni göz insan gözünün iş prinsipinə əsasən işləyir.

Kral ürəyindən əməliyyat olundu

27 Fevral 2018 09:22

Fevralın 26-da Mərakeş kralı VI Məhəmməd ürəyindən əməliyyat olunub. Yanvarın 20-də 54 yaşlı krala ürək ritminin pozulması diaqnozu qoyulub.

Liviyaya qarşı sanksiyalar genişləndi

27 Fevral 2018 09:20

ABŞ Liviyaya qarşı sanksiyaları genişləndirib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir. Məlumata əsasən, yeni sanksiyalar qeyri-qanuni neft məhsullarının satışı ilə məşğul olan özəl qurumlara və şəxslərə yönəldilib. Sanksiya siyahısına 6 fiziki şəxs, 24 şirkət və 7 gəmi daxil edilib.

Cümhuriyyətin 100 illiyi şərəfinə premyera

27 Fevral 2018 09:19

Martın 10-da Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün növbəti premyerası Milli Teatr Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, eyni zamanda, Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə təqdim olunacaq. Quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanıb. Layihənin ideya müəllifi və bədii rəhbəri Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.