Liviyaya qarşı sanksiyalar genişləndi

ABŞ Liviyaya qarşı sanksiyaları genişləndirib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir. Məlumata əsasən, yeni sanksiyalar qeyri-qanuni neft məhsullarının satışı ilə məşğul olan özəl qurumlara və şəxslərə yönəldilib. Sanksiya siyahısına 6 fiziki şəxs, 24 şirkət və 7 gəmi daxil edilib.

ABŞ Liviyaya qarşı sanksiyaları genişləndirib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata əsasən, yeni sanksiyalar qeyri-qanuni neft məhsullarının satışı ilə məşğul olan özəl qurumlara və şəxslərə yönəldilib. Sanksiya siyahısına 6 fiziki şəxs, 24 şirkət və 7 gəmi daxil edilib.

"Neftin qeyri-qanuni satışı Liviyanın suverenliyini pozur, "qara bazar"ı genişləndirir və ölkədə qeyri-sabitliyin artmasına səbəb olur", məlumatda deyilir. ABŞ vətəndaşları və təşkilatlarına "qara siyahı"ya daxil edilən şəxslər və şirkətlərlə əməkdaşlıq etmək qadağan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31