Azərbaycan Parlament diplomatiyasının uğuru

Avropa Parlamentində yenicə yaranmış “Azərbaycanın Dostları Klubunun” üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul edilib. Bəyənatın qəbul edilməsi təşəbbüsü Avropa Parlamentinin Latviyadan olan deputatı, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü və “Azərbaycanın Dostları Klubu”nun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb. Bunu  millət vəkili Rauf Əliyev deyib.

Avropa Parlamentində yenicə yaranmış "Azərbaycanın Dostları Klubunun" üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul edilib. Bəyənatın qəbul edilməsi təşəbbüsü Avropa Parlamentinin Latviyadan olan deputatı, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü və "Azərbaycanın Dostları Klubu"nun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb. Bunu  millət vəkili Rauf Əliyev deyib.

Millət vəkili bildirib ki, bu bəyanat Xocal soyqrımı ilə bağlı Avropa Parlamenti çərçivəsində qəbul edilmiş ilk sənəddir: "Bəyanatda Azərbaycan xalqına qarşı 1992-ci ilin 25 fevralından 26 fevrala keçən gecə Xocalıda erməni təcavüzkarları tərəfindən törədilmiş amansız cinayətdən, soyqırımdan danışılır və Xocalı hadisəsi kimi insanlıq əlehinə yönəlmiş cinayətlərin bir daha baş verməməsi üçün Xocalı soyqırımının xatırlanmalı olduğunu vurğulayıblar. Avropa Parlamenti tərəfindən Xocalı soyqırımına diqqət ayrılması, baş vermiş cinayətlərə siyasi qiymət verilməsi çox mühüm məsələdir. Bu, Azərbaycan Parlament diplomatiyasının uğurudur".

R.Əliyev qeyd edib ki, Xocalı soyqırımının dünyada tanınması üçün son illər mühüm tədbirlər həyata keçirilir: "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında hər il "Xocalıya ədalət" kampaniyası çərçivəsində Avropanın, eləcə də dünyanın bir çox ölkələrində faciə barəcində həqiqətlərin dünyaya çatdırılması isqamətində mühüm tədbirlər həyata keçirilir.

Hazırda dünyanın 12 ölkəsində, ABŞ-ın 21 ştatında Xocalı soyqırımı barədə sənədlər qəbul edilib. Avropa Parlamentində Xocalı soyqırımı barədə bəyanatın qəbul edilməsi göstərir ki, Azərbaycan düzgün yoldadır. Dünyada ildən-ilə daha çox ölkələr, beynəlxalq təşkilatlar bu soyqırımı tanıyacaqlar". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31