Xocalı faciəsi Hyuston Universitetində yad edildi

Xocalı soyqırımının 26-cı il dönümü ilə əlaqədar ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən Hyuston Universitetində Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyası, “Azərbaycan Mərkəzi”nin və Azərbaycan-İsrail Dostluq Cəmiyyətinin təşkilatlığı və Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə tədbir keçirilmişdir. Sözügedən tədbir “Xocalıya ədalət” kompaniyası çərçivəsində baş tutmuşdur. Tədbirdə universitetin müəllim və tələbə heyəti, Hyustonda yaşayan Azərbaycan icmasının və yerli ictimayyətin nümayəndələri iştirak etmişlər. Həmçinin tədbirdə iştirak etmək üçün “Qara qar damcıları” (“Black Snowdrops”) kitabının müəllifləri Efim Abramov (İsrail) və Leyla Begim (Çexiya Respublikasi) gəlmişlər.

Xocalı soyqırımının 26-cı il dönümü ilə əlaqədar ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən Hyuston Universitetində Hyuston-Bakı" Qardaşlaşmış Şəhərlər Assosiasiyası, "Azərbaycan Mərkəzi"nin və Azərbaycan-İsrail Dostluq Cəmiyyətinin təşkilatlığı və Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə tədbir keçirilmişdir. Sözügedən tədbir "Xocalıya ədalət" kampaniyası çərçivəsində baş tutmuşdur. Tədbirdə universitetin müəllim və tələbə heyəti, Hyustonda yaşayan Azərbaycan icmasının və yerli ictimayyətin nümayəndələri iştirak etmişlər. Həmçinin tədbirdə iştirak etmək üçün "Qara qar damcıları" ("Black Snowdrops") kitabının müəllifləri Efim Abramov (İsrail) və Leyla Begim (Çexiya Respublikasi) gəlmişlər.

Tədbiri giriş sözu ile universitetin Qlobal Strateji və Tədqiqatlar üzrə rektor müavini Dr. Ceyms Ortiz acmishdir. O, iştirakçıları salamladıqdan sonra Azərbaycan-ABŞ və Hyuston-Bakı əməkdaşlığının vacibliyini, Hyuston Universitetinin bu tədbirə ev sahibliyi etməklə məsələyə diqqətini vurğulamışdır. Sonra "Hyuston-Bakı" Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti və Hyustonda yerləşən Azərbaycan Mərkəzinin icraçı direktoru İradə Axundova cixish ederek Xocalı soyqırımın hər bir azərbaycanlı üçün unudulmaz bir səhifə olduğunu qeyd etmiş, bu faciə haqqinda dünya ictimaiyyetinin davamli məlumatlandirilmasinin vacibliyini bildirmishdir. Daha sonra Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Vüqar Qurbanov çıxış edərək Xocalı qətliamının Azərbaycan xalqı və dövlətinin iradəsini qırmaq üçün törədildiyini, Xocalı qətliamından sonra digər işğal edilmiş ərazilərimizin də eyni ssenari ilə işğal edildiyini, amma Azərbaycan xalqı və dövlətinin iradəsini qıra bilmədiyini, Azərbaycan xalqının dəstəyi ilə dövlətimizin ərazi bütövlüyümüzü bərpa edəcəyini, bu qətliamı törədənlərin ədalət qarşısında cavab verəcəklərini vurğulamışdır. Bu məqsədə daha tez nail olmaq üçün Səfirlik nümayəndəsi ABŞ-da yaşayan soydaşlarımızın daha da sıx birləşməyə dəvət etmişdir. Kitabın həmmüəllifi L.Begim çıxış edərək həmin əsərdə Azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətinin qurbanlarına həsr olunduğunu bildirmiş, sonra qətliam qurbanlarına həsr edilmiş şer səsləndirmişdir. Azərbaycan-İsrail Dostluq Cəmiyyətinin rəhbəri Lev Spivak Azərbaycan-İsrail münasibətləri, Xocalı faciəsi ilə bağlı apardıqları fəaliyyət barədə geniş məlumat vermişdir. Tədbirdə həmçinin "Qara qar damcıları" kitabının bəzi hissələri oxunmuşdur. Tədbirin sonunda Xocalı qətliamının tanıdılamsı barədə gələcək fəaliyyətlərə dair geniş müzakirələr də aparılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31