Gündəm

Hadisə səhnədə "NAQOLAY" VƏZİYYƏTDƏ - FİTƏ BASILDI - VİDEO

27 Fevral 2018 12:05

Böyük izdiham qarşısında çıxış edən Hadisə səhnədə pis vəziyyətdə qalıb. İfaçı dünən Hollandiyanın paytaxtı Amsterdamda konsert verib. Konsertdə texniki nasazlıq üzündən problemlər meydana gəlib.

Sərkisyana təhdid: Baş nazir olması qəbuledilməzdir

27 Fevral 2018 11:58

Serj Sərkisyanın baş nazir olması Yelk bloku üçün qəbuledilməzdir. Bunu “Azadlıq” radiosuna müsahibəsində Yelk Blokundan olan deputat Nikol Paşinyan söyləyib. “Biz hazırda buna qarşı yol xəritəsini müzakirə edirik.

Cinayət Məcəlləsinə dəyişiklik edilir

27 Fevral 2018 11:56

İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən “Dini etiqad azadlığı haqqında" qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hkimiyyəti orqanı ilə razılaşdırılmadan aparılması cinayət məsuliyyəti yaradacaq.

Qarajda naməlum qutu tapdı, içindən çıxanlarla nə edəcəyini bilmədi

27 Fevral 2018 11:53

İngiltərədə maraqlı hadisə yaşanıb. Qarajda təmizlik işləri aparan adam qəribə bir qutu tapıb. Qutunu açan qarajın sahibi illər öncə yazılmış bir məktub və qaz maskaları tapıb.

Xocalı sakinlərinin pulsuz tibbi müayinəsi təşkil olunub

27 Fevral 2018 11:49

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət, orta və ali təhsil müəssisələrində faciə ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər davam edir.

Cütlüklərin xoşbəxtliyinə mane olan MƏŞHURLAR

27 Fevral 2018 11:50

İngiltərədə bir  araşdırma mərkəzi cütlüklərin xoşbəxt yaşamasına mane olan məşhurların adını açıqlayıb. Olaylar.az bildirir ki, sorğuda 2 min insan iştirak edib. Araşdırma zamanı məlum olub ki, bəzi cütlüklərin münasibətlərinə laqeyd yanaşmalarının üç səbəbi məlum olub. Birinci səbəb olaraq, yorucu iş qrafiki, sosial şəbəkə və gündəlik qayğılar göstərilir.

İzmitdə Xocalı soyqırımının 26-cı ildönümü anılıb

27 Fevral 2018 11:46

Koceli vilayətinin İzmit şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım tədbiri təşkil olunub. Xocalı faciəsi ilə bağlı təşkil olunan tədbirdə İzmit bələdiyyəsinin sədri Nevzat Doğan, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov və Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev iştirak ediblər. Tədbirdə həmçinin Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı digər türk dilli dövlətlərin gəncləri də iştirak edib.

Metro stansiyalarında yeni tipli turniketlər quraşdırılır

27 Fevral 2018 11:43

“Bakı Metropoliteni” QSC-də təchizatın müasir standartlar səviyyəsində qurulması və buna uyğun olaraq, kadr potensialının gücləndirilməsi, beynəlxalq təcrübənin artırılması məqsədilə daha bir istiqamətdə mühüm addım atılır. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, Türkiyənin “KentKart EGE Elektronik” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, metropolitenin yenidənqurulan stansiyalarının vestibüllərində avtomat buraxılış-nəzarət məntəqələrində (ABNM) yeni tipli turniketlər quraşdırılır.

Gənclər təşkilatları Xocalı soyqırımı ilə bağlı onlayn fəaliyyət həyata keçirib

27 Fevral 2018 11:41

Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində gənclər təşkilatları tərəfindən onlayn fəaliyyətlər təşkil olunub. Gənclər Təşkilatları Milli Şurasından “OLAYLAR”-a bildirilib ki, kampaniyanın məqsədi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı haqqında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq və gənclər arasında məlumatlılığının artırmaqdır.

Afrində türk ordusuna xain tələ:  30 min insan...

27 Fevral 2018 11:39

Afrində TSQ və ASO-nun hücumları qarşısında tab gətirə bilməyən terrorçular növbəti tələyə əl atıb. Qovulduqları ərazidən çıxan terrorçular həmin bölgənin yerli əhalisini də özləri ilə birlikdə Afrinin mərkəzi hissələrinə aparıb. 

Avropa bankı Eldar Mahmudova görə bağlandı

27 Fevral 2018 11:38

Latviyanın böyük banklarından biri olan ABLV bankının səhmdarları bankın ləğvi haqqında qərar veriblər.

5 yaşlı uşağı zorla soyundurdu, qeyri-təbii yolla əlaqəyə girdi, sonra... - Şabranda DƏHŞƏT

27 Fevral 2018 11:22

Şabran rayonunda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 2002-ci il təvəllüdlü Rəşad Şövlətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Gündəlik Bakı" qəzetinin baş redaktoruna CƏZA TƏLƏBİ

27 Fevral 2018 11:19

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib. O, Habil Vəliyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. İttihama görə, Habil Vəliyev zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyərək onlardan külli miqdarda pul tələb edib.

Azərbaycanın BƏƏ-dəki səfiri bu ölkənin ədliyyə naziri ilə görüşüb

27 Fevral 2018 11:18

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov ədliyyə naziri Sultan Bin Səid əl Badi ilə görüşüb. “OLAYLAR” Azərbaycanın BƏƏ-dəki səfirliyindən bildirilib ki, əsasları ümummilli lider Heydər Əliyev və BƏƏ-nin birinci Prezidenti Şeyx Zahid əl Nəhyan tərəfindən qoyulmuş ikitərəfli Azərbaycan–BƏƏ münasibətlərin həyatın bir çox sahələrində sürətlə inkişaf etdiyi vurğulanıb.

Ötən gün 116 dəfə atəşkəs rejimi pozulub

27 Fevral 2018 11:13

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.