Metro stansiyalarında yeni tipli turniketlər quraşdırılır
“Bakı Metropoliteni” QSC-də təchizatın müasir standartlar səviyyəsində qurulması və buna uyğun olaraq, kadr potensialının gücləndirilməsi, beynəlxalq təcrübənin artırılması məqsədilə daha bir istiqamətdə mühüm addım atılır. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, Türkiyənin “KentKart EGE Elektronik” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, metropolitenin yenidənqurulan stansiyalarının vestibüllərində avtomat buraxılış-nəzarət məntəqələrində (ABNM) yeni tipli turniketlər quraşdırılır.
27 Fevral 2018 11:43 Sosial"Bakı Metropoliteni" QSC-də təchizatın müasir standartlar səviyyəsində qurulması və buna uyğun olaraq, kadr potensialının gücləndirilməsi, beynəlxalq təcrübənin artırılması məqsədilə daha bir istiqamətdə mühüm addım atılır. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, Türkiyənin "KentKart EGE Elektronik" şirkəti arasında imzalanmış müqaviləyə əsasən, metropolitenin yenidənqurulan stansiyalarının vestibüllərində avtomat buraxılış-nəzarət məntəqələrində (ABNM) yeni tipli turniketlər quraşdırılır. Bu günlərdə yeni alınan qurğuların idarə edilməsi sistemlərinin proqram təminatının daha da dərindən öyrənilməsi məqsədilə metropolitenin bir qrup əməkdaşı Türkiyənin İzmir şəhərinə ezam olunub. Təlim-tədris prosesinin daha məhsuldar və keyfiyyətlə təşkil edilməsi məqsədilə səfər iki qrupda təşkil edilib.
Birinci səfər zamanı əməkdaşlar ABNM-lərin ümumi iş prinsipi, turniketlərin nəzarət blokunun proqram təminatı və digər iş prinsipləri, turniketlərin mexanizminin, optik ötürücünün tənzimlənməsi və proqramlaşdırılmasının, turniket validatorunda mümkün nasazlıqların aradan qaldırılmasının öyrənilməsində yaxından iştirak edib, fikir və təcrübə mübadiləsi aparıblar.
Aparılan təhlillərə əsasən, gur saatlar, xüsusən də kütləvi-mədəni tədbirlərin təşkili zamanı "Sahil ", "Gənclik" və "Koroğlu" stansiyalarında sərnişinlərin rahatlığını təmin etmək məqsədilə, ABNM-lərdə əlavə turniketlər quraşdırılıb. Təmir olunan "Xətai" və "Bakmil" stansiyalarında müvafiq turniketlərin quraşdırılması nəzərdə tutulub.