İzmitdə Xocalı soyqırımının 26-cı ildönümü anılıb

Koceli vilayətinin İzmit şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım tədbiri təşkil olunub. Xocalı faciəsi ilə bağlı təşkil olunan tədbirdə İzmit bələdiyyəsinin sədri Nevzat Doğan, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov və Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev iştirak ediblər. Tədbirdə həmçinin Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı digər türk dilli dövlətlərin gəncləri də iştirak edib.

Koceli vilayətinin İzmit şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım tədbiri təşkil olunub. Xocalı faciəsi ilə bağlı təşkil olunan tədbirdə İzmit bələdiyyəsinin sədri Nevzat Doğan, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov və Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev iştirak ediblər. Tədbirdə həmçinin Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı digər türk dilli dövlətlərin gəncləri də iştirak edib. Nəsimi rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirili ki, tədbirdə çıxış edən İzmit bələdiyyəsinin sədri Nevzat Doğan bildirib ki, Azərbaycan xalqının ayağına dəyən daş Türkiyənin ürəyini ağrıdır. Xocalı faciəsi türk xalqının da sağalmaz yarasıdır.Xocalı soyqırımını heç bir zaman unutmayacaqlarını deyən bələdiyyə sədri şəhidlərimizin ruhuna daim dualar etdiklərini bildirib. Xocalı soyqırımı abidəsinin Türkiyədə ilk dəfə İzmitdə yaradıldığını deyən Nevzat Doğan vurğuladı ki, bu gün ölkəsinin hər bir şəhər və rayonunda şəhidlərimizin xatirəsinə anım abidəsi ucaldılır. Nəsimi rayon icra hakimiyyəti başçısının birinci müavini Gülara Verdiyeva isə çıxışında qeyd etdi ki, erməni terrorçularının törətdiyi bu soyqırım heç bir zaman insanların yaddaşından silinməyəcək. Gülarə Verdiyeva tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, qardaş Türkiyə də bu dərdi Azərbaycanla birlikdə yaşayır. Erməni terrorunun acı nəticələrini istər Azərbaycan, istərsə də Türkiyə gələcək nəslə ötürməlidir. İzmit bələdiyyəsinin Xocalı şəhidlərinin xatirəsinə inşa etdirdiyi xatirə abidəsinin gənclər üçün önəmli olduğunu bildirdi. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib ki, ermənilər Fevralın 25-dən 26-na keçən gecə uşaq böyük demədən Xocalı şəhərində amansız soyqırım törədiblər, lakin beynəlxalq təşkilatlar və dünya dövlətləri bu amansız soyqırımın səbəbkarlarını cəzalandırmağa tələsmirlər. Bilal Dündar qeyd edib ki, bu səbəbdən bütün Türk dövlətləri bir araya gəlib Xocalı soyqırımını dünyaya qəbul etdirməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31