Xocalı sakinlərinin pulsuz tibbi müayinəsi təşkil olunub

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət, orta və ali təhsil müəssisələrində faciə ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər davam edir.

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət, orta və ali təhsil müəssisələrində faciə ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər davam edir. Növbəti tədbir Gənc Tamaşaçılar Teatrında təşkil edilib. "Olaylar" xəbər verir ki, tamaşadan öncə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının müavini Qurban İsmayılov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verib. Daha sonra Sevinc Elsevərin Xocalı faciəsindən bəhs edən "Arzu və Murad"adlı tamaşasına Nəsimi rayon ictimaiyyətinin baxışı keçirilib. Tamaşa "Anamın kitabı" adlı gənc yazarların pyes müsabiqəsinin qalibi olmuş "Ürəyində arzu tut" pyesi əsasında səhnəyə qoyulub. Gənc Tamaşaçılar Teatrının "Arzu və Murad" tamaşası Nəsimi rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb. Həmçinin Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində məskunlaşmış Xocalı sakinlərinin Bioloji Təbabət Klinikasında pulsuz tibbi müayinələri təşkil olunub. Tibb müəssisəsində Xocalılar əvvəlcə terapevtlər tərəfindən, sonra isə ehtiyaca uyğun olaraq ixisaslı həkimlərin iştirakı ilə rentgen, kardioqram, ultrasəs və diğər müayinələrdən keçiriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31