İnsan gözünün bənzəri yaradılıb

ABŞ-ın Harvard Universitetinin nəzdində fəaliyyət göstərən Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin (SEAS) alimləri tərəfindən elektron qaydada idarə edilən süni göz yaradılıb. Kvadrat metalinza, polimer və elektrodlardan hazırlanan süni əzələlərdən yaradılımış süni göz insan gözünün iş prinsipinə əsasən işləyir.

ABŞ-ın Harvard Universitetinin nəzdində fəaliyyət göstərən Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin (SEAS) alimləri tərəfindən elektron qaydada idarə edilən süni göz yaradılıb.

Kvadrat metalinza, polimer və elektrodlardan hazırlanan süni əzələlərdən yaradılımış süni göz insan gözünün iş prinsipinə əsasən işləyir. Belə ki, insan gözündə olduğu kimi fokus linzanın sıxılması və gərilməsi üzrə nizamlanaraq ətrafdakı obyektləri fərqləndirir. Süni göz astiqmatizm kimi gözün optik sisteminin qüsurlarını düzəltmək bacarığına malikdir.

Alimlərin sözlərinə görə, bu ixtira yalnız oftalmologiya sahəsində deyil, həm də mikroskop və virtual reallıq eynəklərində də tətbiq edilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31