İspaniya kralının səfəri Barselonada kütləvi etirazlara səbəb oldu
İspaniya kralı VI Filippin Dünya Mobil Konqresi münasibətilə Barselonaya səfəri şəhərdə etiraz aksiyalarına səbəb olub. Polislə toqquşmalarda 19 nəfər yaralanıb. Bütün yaralıların yüngül xəsarət aldığı bildirilir. Onların əksəriyyətinin monarxın dünən axşam getdiyi Kataloniya Musiqi Sarayına gedən yolda polis kordonunu yarmağa çalışarkən xəsarət aldığı vurğulanır. Ümumilikdə, aksiyalar dinc xarakter daşıyıb. Nümayişlər Kataloniyanın müstəqilliyini dəstəkləyən "Respublikanın qorunması komitələri" tərəfindən təşkil edilib.
26 Fevral 2018 19:00 Dünyaİspaniya kralı VI Filippin Dünya Mobil Konqresi münasibətilə Barselonaya səfəri şəhərdə etiraz aksiyalarına səbəb olub. Polislə toqquşmalarda 19 nəfər yaralanıb. Bütün yaralıların yüngül xəsarət aldığı bildirilir. Onların əksəriyyətinin monarxın dünən axşam getdiyi Kataloniya Musiqi Sarayına gedən yolda polis kordonunu yarmağa çalışarkən xəsarət aldığı vurğulanır. Ümumilikdə, aksiyalar dinc xarakter daşıyıb. Nümayişlər Kataloniyanın müstəqilliyini dəstəkləyən "Respublikanın qorunması komitələri" tərəfindən təşkil edilib.
Qeyd edək ki, bu, 2017-ci ilin oktyabrında Katalonyada baş tutan "müstəqillik referendumu"ndan sonra İspaniya kralının muxtariyyətə ilk səfəri olub. Report.az