Ərdoğanla Makron Suriyayla bağlı birgə qərar veriblər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb. Ölkə başçıları Suriyadakı son hadisələri və iki dövlət arasındakı münasibətləri müzakirə edib. Azad Suriya Ordusu ilə birgə həyata keçirdikləri “Zeytun budağı” əməliyyatı barədə həmkarına məlumat verən Ərdoğan Afrinin terrorçu ünsürlərdən təmizlənməsi ilə qaçqınların Suriyaya geri qayıdacağını bildirib.
26 Fevral 2018 17:47 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb. Ölkə başçıları Suriyadakı son hadisələri və iki dövlət arasındakı münasibətləri müzakirə edib. Azad Suriya Ordusu ilə birgə həyata keçirdikləri "Zeytun budağı" əməliyyatı barədə həmkarına məlumat verən Ərdoğan Afrinin terrorçu ünsürlərdən təmizlənməsi ilə qaçqınların Suriyaya geri qayıdacağını bildirib. Həmçinin, müharibə bölgələrində dinc sakinlərin zərər görməməsi üçün ordunun lazımi tədbirləri gördüyünü qeyd edib. Danışıq zamanı Suriyadakı vəziyyətlə əlaqədar BMT-nin Təhlükəsizlik Şurasına atəşkəslə bağlı müraciət ediləcəyi qərara alınıb. Azadinform.az