İrəvan bu siyahıda birinci, Bakı axırıncı oldu

Ermənistan qiymət artımına görə keçmiş SSRİ ölkələri sırasında ilk yerə yüksəlib. Bu barədə informasiyanı Belarusun “BelaPAN” agentliyi yayıb. Agentlik cari ildə Ermənistanda qiymət artımının 2,7% təşkil etdiyini bildirib. Siyahıda ilk üçlükdə Özbəkistan (2,7%) və Ukrayna (1,5%) yer alıb. Onlardan sonrakı yerlərdə isə Belarus (0,8%), Gürcüstan (0,6%), Qazaxıstan (0,6%), Qırğızıstan (0,6%), Moldova (0,4%), Tacikistan (0,4%), Estoniya (0,4%), Litva (0,3%) və Rusiya (0,3%) qərarlaşıblar.

Ermənistan qiymət artımına görə keçmiş SSRİ ölkələri sırasında ilk yerə yüksəlib. Bu barədə informasiyanı Belarusun "BelaPAN" agentliyi yayıb. Agentlik cari ildə Ermənistanda qiymət artımının 2,7% təşkil etdiyini bildirib. Siyahıda ilk üçlükdə Özbəkistan (2,7%) və Ukrayna (1,5%) yer alıb. Onlardan sonrakı yerlərdə isə Belarus (0,8%), Gürcüstan (0,6%), Qazaxıstan (0,6%), Qırğızıstan (0,6%), Moldova (0,4%), Tacikistan (0,4%), Estoniya (0,4%), Litva (0,3%) və Rusiya (0,3%) qərarlaşıblar.

"BelPAN" cari il ərzində qiymətlərin yalnız Azərbaycan və Latviyada dəyişmədiyini bildirib. Türkmənistanla bağlı isə ümumiyyətlə heç bir məlumat əldə etmək mümkün olmayıb. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31