Radikallar daha da aqressivləşirlər
Prezident seçkiləri yaxınlaşdıqca, radikal müxalifət düşərgəsində özünü “real ana müxalifət” təşkilatlarını birləşdirdiyini iddia edən “Milli Şura” və bu qurumun idarəçilik yüyənini əlində saxlayan AXCP sədri Əli Kərimli daha da aqressivləşməyə başlayıb. Xüsusilə, Avropada yaşayan qondarma siyasi mühacirlər vasitəsilə “siyasi imic” formalaşdırmağa cəhd edən dağıdıcılar hətta bunun üçün erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən təşkilatlarla da gizli münasibət saxlamaqdadırlar. Əbəs deyil ki, sosial şəbəkələrdə Ə.Kərimlinin söyüş qrupu tez-tez Orduxan Bəbirovun, Məhəmməd Mirzəlinin, Səid Nurinin və s. milli satqınların rəylərini paylaşır, özləri də həmin rəylərə münasibət bildirirlər. Bu münasibətlərin arxasından isə bilavasitə erməni barmağının çıxacağına ümumiyyətlə, şübhə yoxdur. Çünki ictimai rəy daha öncələr də bənzər halların şahidi olublar.
26 Fevral 2018 16:31 SiyasətBuna isə daha bir səbəb, Avropada oturum izni almaq məsələsidir
Prezident seçkiləri yaxınlaşdıqca, radikal müxalifət düşərgəsində özünü "real ana müxalifət" təşkilatlarını birləşdirdiyini iddia edən "Milli Şura" və bu qurumun idarəçilik yüyənini əlində saxlayan AXCP sədri Əli Kərimli daha da aqressivləşməyə başlayıb. Xüsusilə, Avropada yaşayan qondarma siyasi mühacirlər vasitəsilə "siyasi imic" formalaşdırmağa cəhd edən dağıdıcılar hətta bunun üçün erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən təşkilatlarla da gizli münasibət saxlamaqdadırlar. Əbəs deyil ki, sosial şəbəkələrdə Ə.Kərimlinin söyüş qrupu tez-tez Orduxan Bəbirovun, Məhəmməd Mirzəlinin, Səid Nurinin və s. milli satqınların rəylərini paylaşır, özləri də həmin rəylərə münasibət bildirirlər. Bu münasibətlərin arxasından isə bilavasitə erməni barmağının çıxacağına ümumiyyətlə, şübhə yoxdur. Çünki ictimai rəy daha öncələr də bənzər halların şahidi olublar.
Avropada oturum almaq üçün erməni lobbisi onlara bu yolla yardım edəcəklərini vəd veriblər
Lakin digər tərəfdən, daha bir ilginc olay AXCP-nin söyüş qrupunun hakimiyyətlə yanaşı, seçkilərə qatılacaqlarını bəyan etmiş müxalifət partiyalarını da hədəfə almalarıdır. Yəni əsas hədəf seçkidə iştirakla bağlı qərar verən real, sivil müxalifət partiyalarının namizədləridir. Saxta şəkildə "siyasi mühacir", "siyasi dissident" və s. pərdələnmələr altında hakimiyyətə və real müxalifətə söymək isə onlar üçün necə deyərlər, "prioritet" istiqamətdir. Çünki Avropada oturum almaq üçün erməni lobbisi onlara bu yolla yardım edəcəklərini vəd veriblər. Onlar da əlbəttə ki, bu kimi ucuz, xəyanət və satqınçılıq yolundan istifadə edirlər.
Digər tərəfdən isə bayaq da qeyd etdiyimiz kimi, belə bir oyunbazlıqların arxasında pul məsələsi özünü açıq şəkildə göstərir. Daha çox gəlir əldə etmək üçün bu cür iyrənc yollardan istifadə edib mənşəyi bilinməyən təşkilatlara xidmət edirlər.
2018-ci il seçkisi radikallar üçün siyasi səhnədə qalmağın son şansı kimi qiymətləndirilirdi və belə də qalmaqda davam edir
Yeri gəlmişkən, onu da xatırladaq ki, bir müddət öncə xaricdə yaşayan azərbaycanlıların deportasiya ilə bağlı məsələləri gündəmə gəlmişdi. Almaniya hökumətinin saxta mühacirlərə qarşı ciddi araşdırmalara başladığı haqqında məlumatlar onların kürkünə birə salmışdı. Həmin ərəfədə də eyni qaydada radikal çıxışlarla özlərini siyasi mühacir kimi təqdim etməyə çalışanlar indi də seçki fürsətindən yararlanmağa cəhd edirlər. Azərbaycanda yaşayan "söyüş maşınları" isə xaricdə daha rahat oturum almaq üçün bu yolu seçiblər. Bu yolu seçmək üçün onlara kimlərin məsləhət verdiyini tapmaq isə heç də çətin deyil. Azərbaycanda mühacir biznesinə kimlərin nəzarət etdiyi artıq hər kəsə məlumdur. Dəfələrlə bu məsələ haqqında mətbuatda təkzib olunmayan faktlar işıqlandırılıb.
Bunların əlinə fürsət verən əsas məqam isə ənənəvi müxalifətin seçkidə iştirak etməkdən imtinası, real müxalifət isə seçkiyə qatılmasıdır. Özünü ənənəvi müxalifət "təəssübkeşi" kimi göstərmək istəyənlər söyüş hədəflərini hakimiyyətə və seçkidə iştirak edən müxalifətə yönləndirir. Çünki yalnız hakimiyyəti təhqir ürmək bu xainlərə effekt vermir.
Lakin necə olursa-olsun, əslində 2018-ci il seçkisi radikallar üçün siyasi səhnədə qalmağın son şansı kimi qiymətləndirilirdi və belə də qalmaqda davam edir.