Misir mediasında Xocalı ilə bağlı tarixi məqalə dərc olundu

Xocalı soyqırımının 26-cı il dönümünü Azərbyacandan kənarda yaşayan həmvətənlərimiz unutmur, unutdurmurlar. Misirin “alwasela.com” saytında “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun “Xocalı Soyqırımı-XX əsrin faciəsi” sərlövhəli məqaləsi yayılıb.

Xocalı soyqırımının 26-cı il dönümünü Azərbyacandan kənarda yaşayan həmvətənlərimiz unutmur, unutdurmurlar. Misirin "alwasela.com" saytında "Vətənpərvər" - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun "Xocalı Soyqırımı-XX əsrin faciəsi" sərlövhəli məqaləsi yayılıb.

Məqalədə bildirilir ki, ötən əsrin ən dəhşətli faciələrindən sayılan Xocalı soyqırımının 26-cı ili tamam olur: "1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Xocalı faciəsi erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqlarının məqsədi Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrundakı mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətinə çata bilmədi.

Ermənilərin Xocalıya əsas maraqları bu rayonun strateji mövqeyə malik olması ilə əlaqədar idi. Xocalı Xankəndidən 12 kilometr şimal-şərqdə yerləşirdi. Yeganə aeroport da Xocalıda idi.

Azərbaycan tarixən dünyanın inkişafında çox mühüm rol oynayan ölkələrdən biri olub. Azərbaycanın çox böyük nailiyyətlərini görən düşmən qüvvələr daim buna mane olmağa çalışıblar. Buna misal olaraq Tunisdən Yəmənə qədər olan ərazini və xüsusilə də Misiri işğaldan azad edən Əyyubilər sülaləsinin nümayəndəsi, ərəb mənbələrinin sübut etdiyi və əslən Azərbaycanın Dvin şəhərindən olan Səlahəddin Əyyubinin ermənilər tərəfindən wikipediyanın ərəb bölməsində Ermənistandan olduğunu yazıblar. Ərəb mənbələrində qeyd olunur ki, Səlahəddin Misirə gəldiyi zaman ermənilər düşmən qüvvələrlə birləşib ona qarşı vuruşublar. Səlahəddin də onları darmadağın edərək, Misirin cənubuna sürgün edilib. Əlbəttə, sual olunur ki, Səlahəddin ermənidirsə, o zaman Misirə gəldiyi zaman niyə ermənilərə qarşı mübarizə aparıb? Bu bir daha sübut edir ki, işğalçı Ermənistan öz mənfur siyasətini dünyanın hər yerində açıq-aşkar bəyan edib". Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31