Gündəm

Birinci sinfə qəbulla bağlı SMS məlumat sistemi işə salındı

26 Fevral 2018 16:28

“Softline Azerbaijan” şirkəti Bakıda uşaqların birinci sinfə qəbul olunması barədə elektron müraciət göndərmiş vətəndaşların məlumatlandırılması sistemini işə salıb. Bu barədə şirkətdən məlumat verilib. Bir müddət əvvəl şirkət Bakı Təhsil İdarəsinin bu sistemlə bağlı elan etdiyi tenderin qalibi olub. Fevralın 15-də “Softline Azerbaijan” şirkəti ilə 18 min manatdan çox məbləğdə müqavilə imzalanıb.

Lavrov Donbas müharibəsinin günahkarını açıqladı

26 Fevral 2018 16:26

“Avropa İttifaqı öz öhdəliklərini pozmasaydı və Rusiya buna reaksiya verməli olmasaydı, Ukraynada müharibələr olmazdı”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

ABŞ-dan Bağdadi haqda YENİ XƏBƏR

26 Fevral 2018 16:24

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İŞİD-in lideri Əbubəkr əl-Bağdadinin ölü olması barədə yüzfaizli sübutlara malik deyil. Bu haqda koalisiyanın nümayəndəsi Rayan Dillon bildirib. “Koalisiya yüzfaizli dəqiq sübutlara malik deyil ki, o, ölüdür.

Xocalı şəhidlərinə həsr edilən fotosərgi

26 Fevral 2018 16:23

Bu gün İstanbulda Yenikapı Mərkəzi Metro Qovşağında Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkil etdiyi “XOCALIYA ƏDALƏT” fotosərgisi açılıb. Sərginin açılışında İstanbul Baş Konsulu Məsim Hacıyev, çoxlu sayda elm və sənət dünyasının nümayəndələri, geniş xalq kütlələri iştirak ediblər.

AFFA nümayəndəsi UEFA-nın rəsmi konqresində ölkəmizi təmsil edir

26 Fevral 2018 16:21

Bu gün Slovakiyanın paytaxtı Bratislava şəhərində UEFA-nın 42-ci Konqresi start götürüb. Tədbirdə milli assosiasiyanı baş katibin müavini Sərxan Hacıyev təmsil edir.

Dövlət Xidmətində Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirilib

26 Fevral 2018 16:19

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. “OLAYLAR” Xidmətə istinadən xəbər verir ki, Xidmət rəisinin birinci müavini general-mayor Zaur Abdullayev tədbirdə çıxış edərək bildirib ki, Xocalı soyqırımına  siyasi-hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlişindən sonra mümkün olub. Sonra çıxış edən Xocalı hadisələrinin canlı şahidi, Xocalı polis bölməsinin rəisi işləmiş Sabir Məmmədov ordumuz yaradılmamışdan əvvəl Xocalının erməni təcavüzkarlarından müdafiəsinin əsasən yerli əhalidən təşkil olunmuş özünümüdafiə dəstələri və polis tərəfindən həyata keçirildiyini qeyd edib.

Ukraynada Xocalı qurbanları anılıb

26 Fevral 2018 16:17

Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Gənclər Birliyi Xocalı fəciəsinin 26-cı il dönümünə həsr olunmuş “İşğal altında olan ərazilər” mövzusunda açıq müzakirə təşkil edib. “OLAYLAR” xəbər verir ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində keçirilən müzakirələrdə Ukraynadakı azərbaycanlı gənclər, diaspor rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

“Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri” adlı monoqrafiya çapdan çıxıb

26 Fevral 2018 16:05

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri” adlı monoqrafiyası işıq üzü görüb.

Silsilə oğurluqla məşğul olan şəxslər tutulublar

26 Fevral 2018 16:02

Oğurluqda şübhəli bilinən şəxslər saxlanıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-dən cari il fevralın 5-dək olan müddətdə 5 evdən, habelə 2 avtomobildən akkumulyator, elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Ceyhun Mərdanov və əvvəllər məhkum olunmuş Vüsal Qurbanov saxlanılıblar.

Deputat: “Avropa Parlamentinin üzvləri tərəfindən qəbul edilən Bəyanat çox mühüm bir addımdır”

26 Fevral 2018 16:00

Xəbər verildiyi kimi Avropa Parlamentində yeni yaradılmış “Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən Xocalı Soyqırımının 26-cı ildönümü ilə bağlı Bəyanat qəbul edilmişdir. Bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici Əlaqələr Komitəsinin üzvü və “Azərbaycanın Dostları Klubu”nun həmsədri cənab Andrey Mamikins tərəfindən irəli sürülmüşdür.

Orta məktəbdən 10 kompüter aparanın əlləri qandallanıb

26 Fevral 2018 15:59

Orta məktəbdən oğurluq etməkdə şübhəli bilinən Saray qəsəbə sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Saray qəsəbəsindəki orta məktəblərin birindən 10 ədəd kompyuter oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Roman Qafarov saxlanılıb. Hazırda onun digər cinayət hadisələrində iştirakı məsləsi araşdırılır.

Quldurluq edən əcnəbi vətəndaş saxlanıb

26 Fevral 2018 15:54

Quldurluqda şübhəli bilinən dəstə üzvləri ələ keçiblər. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Bakı şəhər sakini olan 1 nəfərin 100 manatını və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Xaçmaz rayon sakini Kamran Nəsrullayev, Qusar rayon sakini Radik Həsrətov və əcnəbi vətəndaş Tural Əlyarov saxlanılıblar. Araşdırma aparılır.

Avtomobildən oğurluq edən yaxalanıb

26 Fevral 2018 15:53

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini yaxalaıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də rayon ərazisindəki 1 avtomobildən 200 manat və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəvan Abdullayev saxlanılıb. Araşdırma aparılır. 

Bankomatdan pul oğurlayan ələ keçib

26 Fevral 2018 15:51

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də paytaxt sakini olan 1 nəfərin bankomat kartından 150 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Tərlan Salayev saxlanılıb. Ondan 0,153 qram metamfetamin götürülüb.

Bakıda intiharın qarşısı alınıb

26 Fevral 2018 15:48

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər kişi beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.