Dövlət Xidmətində Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. “OLAYLAR” Xidmətə istinadən xəbər verir ki, Xidmət rəisinin birinci müavini general-mayor Zaur Abdullayev tədbirdə çıxış edərək bildirib ki, Xocalı soyqırımına  siyasi-hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlişindən sonra mümkün olub. Sonra çıxış edən Xocalı hadisələrinin canlı şahidi, Xocalı polis bölməsinin rəisi işləmiş Sabir Məmmədov ordumuz yaradılmamışdan əvvəl Xocalının erməni təcavüzkarlarından müdafiəsinin əsasən yerli əhalidən təşkil olunmuş özünümüdafiə dəstələri və polis tərəfindən həyata keçirildiyini qeyd edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. "OLAYLAR" Xidmətə istinadən xəbər verir ki, Xidmət rəisinin birinci müavini general-mayor Zaur Abdullayev tədbirdə çıxış edərək bildirib ki, Xocalı soyqırımına  siyasi-hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlişindən sonra mümkün olub. Sonra çıxış edən Xocalı hadisələrinin canlı şahidi, Xocalı polis bölməsinin rəisi işləmiş Sabir Məmmədov ordumuz yaradılmamışdan əvvəl Xocalının erməni təcavüzkarlarından müdafiəsinin əsasən yerli əhalidən təşkil olunmuş özünümüdafiə dəstələri və polis tərəfindən həyata keçirildiyini qeyd edib.

S.Məmmədov Xocalı həqiqətlərinin tanıdılması və erməni yalanlarının ifşası istiqamətində ölkə rəhbərliyinin gördüyü işlər, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən "Xocalıya ədalət!" kampaniyasının səmərəsindən danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31