Gündəm
Hicran Hüseynova AŞ-ın Əməkdaşlıq şöbəsinin müdiri ilə görüşəcək
Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı ilə birgə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr həyata keçirilib və davam etdirilir.
Türkiyəli məşhur Xocalı ilə bağlı paylaşım etd
Nəsimi rayonunda Milli Qəhrəmanın xatirəsi anılıb
Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin adını daşıyan Nəsimi rayon 44 nömrəli tam orta məktəbdə igid döyüşçünün xatirəsi anılıb. Y.Mirzəyevin şəhid olmasının 24-cü ildönümünə həsr edilən tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müqəddəs torpağa yumurta böyüklüyündə dolu yağdı - VİDEO
Səudiyyə Ərəbistanının Mədinə şəhərinə yumurta böyüklüyündə dolu yağması səbəbiylə onlarla avtomobil yarasız hala düşüb, xeyli sayda canlı tələf olub. Dolunun ən kiçiyi qoz böyüklükdə olub.
Mirhəsən Seyidov: “Qarabağa qayıdacağımız gün uzaqda deyil”
“Tarixdə böyük faciə, bir xalqın soyunun qırılmasını axtarsanız dönüb Xocalıya baxın, deyənlər yanılmır”. Bunu “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib. Onun sözlərinə görə, Xocalı haqqında eşitdiklərimiz, gördüklərimiz sadəcə həmin gecə baş verənlərin bir hissəsidir: “Nə qədər virtual reallıqla, beynəlxalq siyasətlə bu prosesə dəstək versək də, bir Xocalı sakinin danışdıqları, hisslərini və ürəyindəkiləri heç bir zaman bir kameraya yansıda bilməz.
Elmdə yenilik
İnsan bədəninə yerləşdirilən süni hissələr, insan qanı, terapevtik, profilaktiki və ya diaqnostik məqsədlərlə istifadə üçün hazırlanmış heyvan qanı yüksək texnologiyalar məhsullarının təsnifatına daxil edilib.
Türkiyəli millət vəkili: “Xocalı Soyqırımı ilə bağlı Məclisimizdə qərar qəbul etməliyik”
“İlk öncə Xocalı qətliamında həyatını itirən bütün şəhidlərimizi rəhmətlə və minnətlə anıram. Körpə, uşaq demədən qardaşlarımızı, soydaşlarımızı qətl edən zalımları şiddətlə qınayıram. Şəhidlərimizi unutmadıq”.
26 illik dəhşətin vəhşət doğuran 26 faktı
Özümüzü tanıdığımız andan Xocalı faciəsi barədə məlumatlandırılmış, Xocalı faktlarını bilərək yaşamışıq. Ermənilərin əsir götürdüyü bir insanın yaddaşından silinməyən o tükürpədici hadisələri oxumaq, dinləmək və göz yaşlarına hakim olmamaq mümkünsüzdür. Oxuduqca, işgəncələrin hər anını öz bədənimizdə, öz ruhumuzda hiss edirik. Bu faktları toplayarkən 20-22 yaşlı gənclər, müstəqil Azərbaycanın bu qanlı keçmişini göz yaşları içində oxuyan tələbələr olaraq anladıq ki, izləmək yetmir, yaşamaq gərəkdir. ONLAR UNUTMADILAR. BİZ DƏ UNUTMAYACAĞIQ! UNUTDURMAYACAĞIQ!
Milyonlarla insan MƏHV OLACAQ
ABŞ-ın “National Interest” nəşrinin mütəxəssisləri Koreya Xalq Demokratik Respublikasının (KXDR) Tokioya nüvə zərbəsinin mümkün nəticələrini qiymətləndiriblər.
İrandan Afrin açıqlaması: Fikir ayrılığı…
Suriya məsələsində Türkiyə ilə bəzi fikir ayrılıqlarımız var, amma önəmli olan iki ölkənin birlikdə işləməsidir. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib. “Suriya məsələsində davamlı olaraq Türkiyə ilə əlaqə yaradırıq. Bəzi məsələlərdə fikirlərimiz üst-üstə düşür, bəzi məsələlərdə isə fikir ayrılıqları olur.
Türk aktyordan ürək dağlayan Xocalı hekayəsi
Türkiyənin məşhur simaları sosial şəbəkələrdə Xocalı soyqırımını yad ediblər. Tanınmış müğənni Murad Kəkilli Tvitterdə “Bu gün qəlbim Xocalıda azəri qardaşlarımla birgə döyünür. Mən də unutmayacağam, unutdurmayacağam” yazıb.
Tramp onların edam edilməsini istəyir
ABŞ Prezidenti Donald Tramp öz köməkçiləri ilə narkomaniya ilə mübarizənin müzakirəsi zamanı narkotacirlərin edam edilməsini təklif edib. Bu barədə informasiyanı “Axios” saytı dərc edib. “Tramp narkotacirlərin həbsdə islah olunacağına inanmır. O, bu şəxsləri residivistlərə bənzədir.
Bu şəhərdə xaricilərə ən yüksək maaş verilir
Xarici mütəxəssislərə ən yüksək maaş Hindistanın Mumbai şəhərində verilir. Bu nəticə HSBC bankının apardığı tədqiqatdan sonra ortaya çıxıb. Bank burada xarici mütəxəssislərə 217 min dollar ödənildiyini bildirib.
İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması işəgötürənin borcudur
İşəgötürən iş yerinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçi üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik daşıyır və işçinin həyatı, sağlamlığı müəssisənin iqtisadi mənafeyindən yüksək tutulmalıdır. Bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt şəhərində “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” mövzusunda təşkil etdiyi seminarda vurğulanıb.
Gürcüstanda "Xocalıya ədalət" aksiyası keçirilib
Gürcüstanda fəaliyyət göstərən "Borçalı İrəli" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Tbilisidə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş "Xocalıya ədalət" yürüş-aksiya keçirilib. “OLAYLAR” DIDK-yə istinadən xəbər verir ki, İ.Javaxişvili adına Tbilisi Dövlət Universitetinin Azərbaycan Dostlar Kulubunun və Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Asossiyasiyasının dəstəyi ilə baş tutan aksiyanın iştirakçıları Rustaveli metrostansiyasının qarşısından başlayaraq Gürcüstan parlamentinin Tbilisidəki binasınadək yürüş ediblər. Əllərində Azərbaycan və Gürcüstanın bayraqlarını tutmuş gənclər yürüşboyu “Qarabağa azadlıq!”, “Xocalıya ədalət!”, "Abxaziyaya və Osetiyaya ədalət", “Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun!” kimi şüarlar səsləndirib.














