Mirhəsən Seyidov: “Qarabağa qayıdacağımız gün uzaqda deyil”
“Tarixdə böyük faciə, bir xalqın soyunun qırılmasını axtarsanız dönüb Xocalıya baxın, deyənlər yanılmır”. Bunu “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib. Onun sözlərinə görə, Xocalı haqqında eşitdiklərimiz, gördüklərimiz sadəcə həmin gecə baş verənlərin bir hissəsidir: “Nə qədər virtual reallıqla, beynəlxalq siyasətlə bu prosesə dəstək versək də, bir Xocalı sakinin danışdıqları, hisslərini və ürəyindəkiləri heç bir zaman bir kameraya yansıda bilməz.
26 Fevral 2018 15:33 Siyasət"Tarixdə böyük faciə, bir xalqın soyunun qırılmasını axtarsanız dönüb Xocalıya baxın, deyənlər yanılmır". Bunu "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib. Onun sözlərinə görə, Xocalı haqqında eşitdiklərimiz, gördüklərimiz sadəcə həmin gecə baş verənlərin bir hissəsidir: "Nə qədər virtual reallıqla, beynəlxalq siyasətlə bu prosesə dəstək versək də, bir Xocalı sakinin danışdıqları, hisslərini və ürəyindəkiləri heç bir zaman bir kameraya yansıda bilməz. Yalnız qaldığında bu qədər böyük faciəninin şahidi olanlar, həyatda ən əziz adamlarına qarşı işgəncəni görənlər bununla bir ömür kimsəsiz olaraq yaşayacaq bizdən tamami ilə fərqli olacaq. Bacarsaq kaş ki, bir də özümüzü bu insanları yerinə qoya bilsək. Hamımız bir səhnədən beynimiz altındakı şüura impuls verərək çox təəssirlənirik. Bəzən bir video, bəzən bir şəkil..Heç bir zaman o impulsun verdiyi nəticə ağlımızdan silinmir. Mən daha çox baş verənləri düşünəndə bir şedevr kadr xatırlayıram. O mesaj bugünə hesablanmışdı.
Bir yəhudi əsilli Azərbaycan əsgəri geyimində olan qəhrəmanın "Nə məcbur edir səni burda döyüşməyə?" sualına verdiyi cavab belə idi: Doğulmuşam burda, yaşayıram burda, müharibənin sonuna qədər olacağam burda. Belə də oldu. Vətənin ona yaratdığı imkanlardan yararlandı və ən ali zirvəyə qalxdı. Bu kadrı bir çoxunuz xatırlayırsınız. Mənə görə bu, ən gözəl misal idi. Aprel döyüşlərini görmək bugün yetişən gənc nəslə bariz nümunə ola bildi. Biz səngərdə döyüşən əsgərimiz üçün həyəcan hiss yaşayanda bir çoxları buna qara yaxdı. Azərbaycan adına döyüşlərə qatılmaq istəyən minlərlə insan səfərbər olmaq istəyəndə, düşmən öz övladlarını müharibəyə göndərməmək üçün səfərbər oldu. Biz bir çox problemlərə, əziyyətə, əsarətə sinə gərmiş xalqıq. Bu torpaqlara qayıtmağımız da, heç uzaqda deyil. Mənim sualım belədir: Bəs sən nə etmisən?
Allah bütün şəhidlərimizə rəhm eləsin. Xocalını unutmadıq, unutmarıq, unutdurmarıq!".
Sia.az