İrandan Afrin açıqlaması: Fikir ayrılığı…
Suriya məsələsində Türkiyə ilə bəzi fikir ayrılıqlarımız var, amma önəmli olan iki ölkənin birlikdə işləməsidir. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib. “Suriya məsələsində davamlı olaraq Türkiyə ilə əlaqə yaradırıq. Bəzi məsələlərdə fikirlərimiz üst-üstə düşür, bəzi məsələlərdə isə fikir ayrılıqları olur.
26 Fevral 2018 15:19 DünyaSuriya məsələsində Türkiyə ilə bəzi fikir ayrılıqlarımız var, amma önəmli olan iki ölkənin birlikdə işləməsidir. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib. "Suriya məsələsində davamlı olaraq Türkiyə ilə əlaqə yaradırıq. Bəzi məsələlərdə fikirlərimiz üst-üstə düşür, bəzi məsələlərdə isə fikir ayrılıqları olur. Əsas odur ki, bu problem üzərində birgə işləyirik. Türkiyə, İran və Rusiya prezidentləri qarşıdakı aylarda görüşəcək. Bu üç ölkənin XİN başçılarının da Astana prosesi ilə bağlı görüşləri olacaq. Bu görüşlər anlaşılmazlıqların aradan qaldırılması və Suriyada sabitliyin əldə olunmasına yardım edəcək", - Qasımi bildirib. Axar.az