AFFA nümayəndəsi UEFA-nın rəsmi konqresində ölkəmizi təmsil edir
Bu gün Slovakiyanın paytaxtı Bratislava şəhərində UEFA-nın 42-ci Konqresi start götürüb. Tədbirdə milli assosiasiyanı baş katibin müavini Sərxan Hacıyev təmsil edir.
26 Fevral 2018 16:21 İdmanBu gün Slovakiyanın paytaxtı Bratislava şəhərində UEFA-nın 42-ci Konqresi start götürüb. Tədbirdə milli assosiasiyanı baş katibin müavini Sərxan Hacıyev təmsil edir.
Qeyd edək ki, Konqresdə UEFA İcraiyyə Komitəsinə bir il müddətinə üzv, FİFA vitse-prezidenti vəzifəsinə və FİFA Şurasına nümayəndə seçiləcək. Bununla yanaşı, Konqres Avropa Peşəkar Futbol Liqalarının nümayəndəsini UEFA İcraiyyə Komitəsinə tamhüquqlu üzv kimi təsdiqləyəcək. Cersi Futbol Federasiyasının isə UEFA-ya 56-cı üzv kimi qəbul olunmasına dair səsvermə keçiriləcək. Publika.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir.