Növbəti il Xocalıda qətl törədənlərin mühakimə ili olmalıdır
"2019-cu il Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirmiş sərkisyanların ohanyanların, balayanların mühakimə ili olmalıdır” . “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Mil-Muğan şöbəsinin sədri Asif Quliyev deyib ki, bu vəhşiliyin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər, aparılan fəaliyyət belə deməyə əsas verir: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir neçə il əvvəl başlatdığı “Xocalıya Ədalət” kampaniyası çərçivəsində əldə etdiyimiz nailiyyətlər, uğurlar onu deməyə əsas verir ki, Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirmiş erməni vandallarının beynəlxaklq ədalət məhkəməsində mühakimə olunması günü uzaqda deyil”.
26 Fevral 2018 16:36 Siyasət"2019-cu il Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirmiş sərkisyanların ohanyanların, balayanların mühakimə ili olmalıdır" . "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin Mil-Muğan şöbəsinin sədri Asif Quliyev deyib ki, bu vəhşiliyin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər, aparılan fəaliyyət belə deməyə əsas verir: "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir neçə il əvvəl başlatdığı "Xocalıya Ədalət" kampaniyası çərçivəsində əldə etdiyimiz nailiyyətlər, uğurlar onu deməyə əsas verir ki, Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirmiş erməni vandallarının beynəlxaklq ədalət məhkəməsində mühakimə olunması günü uzaqda deyil". Asif Quliyevin sözlərinə görə, məhz "Xocalıya Ədalət" kampaniyası çərçivəsində aparılan işlər, dünya dövlətlərinin bir çoxunun bu faciəni tanıması bizdə belə bir əminlik yaradır ki, biz tezliklə Xocalıda əli qana batan şəxsləri beynəlxalq məhkəməyə verə və onlar barəsində istədiyimiz qərarı çıxara bilərik". Asif Quliyev deyib ki, Azərbaycan dövləti də öz növbəsində bu istiqamətdə məqsədyönlü addımlar atır.