Gündəm
Emin Ağalarov ayağını sındırdı - Foto
Müğənni-bəstəkar Emin Ağalarov ayağını sındırıb. Bu barədə müğənni İnstaqram səhifəsində məlumat verib və fotolarını paylaşıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da şəxsi İnstaqram səhifəsində Eminin fotolarını paylaşaraq ona dəstək verib.
Parlament seçkiləri - Türkmənistanda
Türkmənistanda parlament seçkilərində səsvermə başlanıb. Seçki məntəqələri yerli vaxtla saat 07:00-da, (Bakı vaxtı ilə saat 6:00-da) açılıb. Parlamentdə 125 yerə partiyalar və vətəndaşlar qrupları tərəfindən irəli sürülmüş 284 namizəd iddia edir. Ölkədə 3,2 milyondan çox seçici qeydə alınıb. Səsvermə 2,6 min seçki məntəqəsində keçiriləcək. Onlardan 39-u xaricdə diplomatik nümayəndəliklər və konsulluqlarda açılıb.
Rusiya-Ermənistan yolunun bir hissəsi bağlandı
Hərbi Gürcüstan yolunun cənub hissəsi - Vladiqafqazla Lars arasındakı ərazi tamamilə bağlanıb. "Moskovskiy komsomoleç"in yazdığına görə, yolda məhdudiyyət Rusiyanın Fövqəladə Hallar Nazirliyi tərəfindən Gürcüstanda hava şəraitinin pisləşməsi ilə əlaqədar tətbiq edilib.
Azərbaycanda “Yer saatı 2018” ekoloji kampaniyası keçirilib
Bakıda “Yer saatı 2018” beynəlxalq kampaniyası çərçivəsində iqlim dəyişikliyi əleyhinə kütləvi tədbir keçirilib. Tədbir kampaniyanın Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyi, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Dünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin (WWF Azərbaycan) birgə təşkilatçılığı ilə baş tutub.
Qədim Yunan aləti Bakıda səslənəcək
Martın 29-da Beynəlxalq Muğam Mərkəzində Yunanıstanın qədim lira aləti ifaçısı Nikos Ksantulis konsert proqramı ilə çıxış edəcək. “Etnik musiqi inciləri” layihəsi çərçivəsində reallaşacaq konsertdə ifaçını “Bakı virtuozları” kamera orkestri müşayiət edəcək.
Pilot sərxoş oldu: 106 sərnişin...
Almaniyada uçuş tarixində nadir rast gəlinən hadisə baş verib. Ştutqart hava limanından Portuqaliyanın paytaxtı Lissabona yola düşməli olan təyyarənin ikinci pilotu sərxoş olduğu üçün uçuş ləğv edilib. 106 sərnişin otellərə yerləşdirilib.
Meksika Senatında Novruz Bayramı
Meksika Birləşmiş Ştatlarının Senatı binasında “Beynəlxalq Novruz Bayramı Günü” təntənəli şəkildə qeyd olunub. Tədbir Meksika Senatının Xarici Əlaqələr Komissiyasının təşkilatçılığı və Azərbaycan, İran, Pakistan, Türkiyə və Gürcüstan Səfirliklərinin dəstəyi ilə keçirilib. Səfirlikdən Olaylar.az -a bildirilib ki, senatın prezidenti Ernesto Kordero tədbirdə iştirak edən çoxsaylı qonaqları salamlayaraq baharın gəlişi və torpağın oyanmasından xəbər verən, dünyada 300 milyondan artıq insan tərəfindən qeyd edilən, dünya mədəniyyəti qeyri-maddi irsi olan Novruz Bayramını Azərbaycan, İran, Pakistan, Türkiyə və Gürcüstan xalqları ilə birgə qeyd edilməsindən məmnunluğunu izhar etdi.
Qorxu filmlərini gerçəyə çevirən 7 uşaq qatil - FOTOLAR
Məsumluq simvolu olan uşaqların qorxu filmlərinin elementi olması qəribə görünə bilər. Amma böyüklərin belə cəsarət edə bilməyəcəyi vəhşiliklərə imza atan uşaqların sayı az deyil. Uşaqlar tərəfindən törədilən 7 ən qorxunc cinayəti təqdim edir. 1.Erik Smit
Afrində dəhşətli görüntülər: 110 cəsəd... – FOTO/VİDEO
Hansı xarici dili öyrənmək sizə əlavə pul qazandıra bilər?
Artıq şirkətlərdə xarici dil bilmək, əlavə təcrübə deyil amma əsas şərtdir. Amma araşdırmalara görə elə xarici dillər var ki, onu öyrənmək sizə maddi cəhətdən üstünlük qazandıra bilər. Yəni əlavə bildiyiniz xarici dillə maaşınız arta və yə başqa yaxşı maaşlı yerdə işləyə bilərsiniz. Təbii ki bu proses bildiyimiz xarici dilə görə də dəyişir.
Qız atalarinin bilməli olduğu 8 MARAQLI FAKT
Xoşbəxt ailə xoşbəxt gələcək deməkdir. Xoşbəxt gələcəkdə isə gözəl, sevgi dolu uşaqlar böyüyür. Bəzən ailələr övladlarını qız və oğlan olaraq iki qrupa ayırır. Lakin, bu dəfə biz bu ailələrdən deyil, övladlarını cinsiyyət ayrımına görə yox, varlığına görə sevən ailələrdən, xüsusilə də ata və qızlardan danışacayıq. Əgər sizin də evinizdə qız övladınız varsa, bu yazını daha diqqətli oxuyun.
Kataloniyada daha 5 dövlət rəsmisi həbs edildi
İspaniya Ali Məhkəməsinin qərarı ilə Kataloniyanın daha 5 lideri - Kataloniya hökumətinin rəsmi nümayəndəsi Jordi Turul, katalon məclisinin keçmiş sədri Karme Forkadel və keçmiş nazirlər Dolores Bassa, Josep Rul və Raul Romeva həbs olunub.
37 il məhbəs həyatı yaşamış şəxs mal-qara oğurluğu üstündə tutuldu
Goranboy rayonunda mal-qara oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayonun Borsunlu kəndində ümumi dəyəri 5 min 200 manat olan 4 baş iribuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb. Belə ki, həmin kəndin sakini olan, 1961-ci il təvəllüdlü Etibar Qarayev Ələddin oğlu martın 20-də həmkəndlisinin həyətyanı səhəsində yerləşən tövlədən mal-qaranı oğurlayaraq onları satmaq istəyib.
Prezident İlham Əliyev Kürdəmirdə “ASAN xidmət” mərkəzinin tikintisinə vəsait ayırıb
Prezident İlham Əliyev Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.
Daşkəsəndə elektrik naqilləri qırıldı, evlərin damı uçdu
Bu gün güclü külək Daşkəsən rayonunda ciddi fəsadlara səbəb olub. Məlumata görə, Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev deyib ki, güclü külək rayonda 15-dən çox yaşayış binasının dam örtüyünü uçurub.














