Pilot sərxoş oldu: 106 sərnişin...

Almaniyada uçuş tarixində nadir rast gəlinən hadisə baş verib. Ştutqart hava limanından Portuqaliyanın paytaxtı Lissabona yola düşməli olan təyyarənin ikinci pilotu sərxoş olduğu üçün uçuş ləğv edilib. 106 sərnişin otellərə yerləşdirilib.

Ştutqart hava limanının yaydığı açıqlamada bildirilir ki, köməkçi pilotun spirtli içki qəbul etdiyini bilən aeroport işçisini bu barədə polisə məlumat verib. Polis və prokurorluğun müdaxiləsi ilə uçuşun ləğv edildiyi vurğulanıb.

Ehtiyat köməkçi pilot olmadığı üçün təyyarənin uçuşuna icazə verilməyib və sərnişinlər otelə yerləşdirilib. Pilotun müvəqqəti olaraq saxlanıldığı, azadlığa buraxılması üçün 10 min avro girov ödəməli olduğu bildirilir.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31