Kataloniyada daha 5 dövlət rəsmisi həbs edildi

İspaniya Ali Məhkəməsinin qərarı ilə Kataloniyanın daha 5 lideri - Kataloniya hökumətinin rəsmi nümayəndəsi Jordi Turul, katalon məclisinin keçmiş sədri Karme Forkadel və keçmiş nazirlər Dolores Bassa, Josep Rul və Raul Romeva həbs olunub.

İspaniya Ali Məhkəməsinin qərarı ilə Kataloniyanın daha 5 lideri - Kataloniya hökumətinin rəsmi nümayəndəsi Jordi Turul, katalon məclisinin keçmiş sədri Karme Forkadel və keçmiş nazirlər Dolores Bassa, Josep Rul və Raul Romeva həbs olunub. Ali Məhkəmənin həbs qərarından sonra onların zaminə buraxılmaları da mümkün olmayacaq.

Qeyd edək ki, İspaniya Ali Məhkəməsi qiyam, dövlətə itaətsizlik iddiaları ilə Kataloniyanın 25 nüfuzlu şəxsinin həbsinə qərar verib. Əgər günahlandırılan şəxslərin əməlləri sübuta yetirilərsə, onlar 30 ilədək həbs oluna bilərlər. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31