Gündəm

Məşhur modelyer Xalq artistinin klipinə çəkildi 

29 Mart 2018 10:48

Aygün Kazımova yeni klipini təqdim edib. Xalq artisti Aygün Kazımova “Hardasan” adlı yeni mahnısını və klipləşdirib. Sözləri Gülağa Tənhaya aid olan mahnı modern aranjimanda hazırlanıb. Bəstə isə bəstəkar İsmayıl Əsədov tərəfindən Aygün Kazımovaya hədiyyə edilib. Bəstəkar 11 ildir ki, bu mahnını Aygün Kazımovanın ifasında eşitməyi arzuladığını bildirib. Bir neçə saat ərzində musiqi platformlarında üst sıralara yüksələn “Hardasan” mahnısı Aygün Kazımovanın növbəti meqahiti hesab oluna bilər.

Azərbaycanda İnteraktiv Elm Muzeyi quruldu

29 Mart 2018 10:36

Növbəti tədris ilində fəaliyyətə başlayacaq Hədəf STEM liseyində tədris, qabaqcıl ölkələrdə getdikcə kütləviləşən STEM konseptinə əsaslanır. Bu konseptə görə elm, texnologiya, mühəndislik və riyaziyyatın “toxunaraq və edərək”, disiplinlərarası inteqrasiya, təcrübələr və proyektlər vasitəsiylə öyrədilməsi nəzərdə tutulur. Muzeyin ideya müəllifi, liseyin qurucusu və direktoru f.ü.f.d. Şəmil Sadiq, liseydə 200 kv.m. sahəsi olan qapalı məkanı muzey üçün ayırdıqlarını bildirir.

Bu ölkə rus diplomatlarını qovmaqdan imtina etdi

29 Mart 2018 09:13

Rəsmi Vyana Böyük Britaniyanı rus diplomatlarını çıxardan ölkələrə təsir etməkdə ittiham edib. Avstriyanın Xarici İşlər naziri Karin Knaysl deyib ki, Britaniyanın Vyanadakı səfiri birmənalı şəkildə hökümətə təsir göstərərək rus diplomatlarını ölkədən çıxarmağa çağırıb. Avstriya höküməti analoji addımı atmaqdan imtina edib.

Rusiyada növbəti HƏYACAN - 131 nəfər təxliyə edildi

29 Mart 2018 09:11

 Rusiyanın Krasnodar şəhərində xəstəxanada tüstüləmə olub. Hadisə səbəbindən 19 xəstəxananın əməkdaşı olmaqla 131 nəfər təxliyə edilib.

Simsiz diş sensoru qidanın kimyəvi tərkibini müəyyənləşdirəcək

29 Mart 2018 09:09

ABŞ-ın Tafts Universitetində çalışan mühəndislər qrupu tərəfindən hazırlanmış dişə bərkidilə bilən yığcam simsiz sensor qidanın kimyəvi tərkibini müəyyənləşdirmək qabiliyyətinə malikdir. Qurğunun enerji ilə doldurulması və məlumatların ötürülməsi üçün ona passiv antenna quraşdırılıb.

Ceyranbatan su anbarının statusu dəyişdi

29 Mart 2018 09:04

Ceyranbatan su anbarının statusu dəyişib. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su Ehtiyatları Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” qərarında müvafiq dəyişiklik edib.

“İçərişəhər”in strukturu dəyişdi

29 Mart 2018 09:01

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu dəyişib. Nazirlər Kabineti bununla bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.

İsveçrə də sanksiyalarına qoşuldu

29 Mart 2018 08:59

sveçrə Avropa İttifaqının Venesuelaya qarşı sanksiyalarına qoşulub. Bu barədə İsveçrənin İqtisadiyyat üzrə Federal Katibliyinin məlumatına deyilir.

Həbsxanada QİYAM və YANĞIN

29 Mart 2018 08:58

Venesuelanın Karabobo ştatında həbsxanada baş vermiş qiyam və yanğın nəticəsində 78 nəfər ölüb. Ölənlərdən 68-in kişi, 10-un qadın olduğu bildirilir.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi yaradıldı

29 Mart 2018 08:56

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu tərkibində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi təsis edilib. Bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Bakıda Frankofoniya Həftəsi günlərində 8 film nümayiş olunacaq 

29 Mart 2018 08:52

Aprelin 1-dən etibarən Bakıda Frankofoniya Həftəsinə start veriləcək. Bu münasibətlə “Landmark”da on bir Avropa ölkələrinin Azərbaycandakı səfirlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.