Tarixi Muzeyində Cümhuriyyət dövrünü əks etdirən eksponat - FOTO
29 Mart 2018 09:07 MədəniyyətAMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid materiallarla zəngindir.
Muzeyin Silahlar və bayraqlar fondunda Cümhuriyyət tarixini əks etdirən unikal bir eksponat mövcuddur. Bu, ipək parça üzərində türk əsgərlərinin şəkillərinin və hərbi atributların təsvir olunduğu eksponatdır. Təsvirli parça Qafqaz İslam Ordusunun əsgərlərinin şərəfinə hazırlanıb. Parçanın üzərində "Evladi-şühəda məa ülüvvi izzə. Ləin şaşaaha alə sirri-keys-didar". (Şəhid övladları uca şərəflə birlikdədir. Vallah onların parlaqlığı ilahi idrak sirrinin də üzərindədir) sözləri yazılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31