Gündəm
Əmək və sosial müdafiə sahələrində Misirlə əməkdaşlıq imkanları nəzərdən keçirilib
Azərbaycanla Misir arasında ikitərəfli münasibətlərin ildən-ilə inkişaf etdirilməsi iki ölkənin əmək və sosial müdafiə sahəsində sıx əməkdaşlıq əlaqələrinin formalaşdırılması üçün əlverişli zəmin yaradıb. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimlə Nazirlikdə keçirilən tanışlıq görüşündə vurğulayıb.
Müəllimlər üçün yeni şans
Respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən müsahibələrin keçirilməsi nəzərdə tutulur. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsahibədə iştirak etmək istəyən namizədlər 29 mart - 4 aprel 2018-ci il tarixlərində http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər.
Azərbaycan kinosunun 120 illiyi sərgilərdə
Aprelin 3-də Muzey Mərkəzində milli kinomuzun 120 illiyinə həsr edilmiş “Azərbaycan kinosu afişalarda” adlı sərgi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq.
Həbsxanada qiyam- 68 ölü
Venesuella həbsxanasında üsyan zamanı yanğın çıxdı: 68 nəfər öldü. Məlumata görə, Cənubi Amerika ölkələrindən olan Venesuellanın Valensia şəhərində bir həbsxanada çıxan üsyan zamanı yanğın baş verməsi nəticəsində ilk məlumatlara görə 68 nəfər ölüb, çox sayda adam da yaralanıb.
"Bunu səndən gizlədirlər"- Əməkdar artistə falçıdan QORXUNC PROQNOZ
Əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova illər öncə qaraçı qadının ona dediklərini xatırlayıb.
Türkiyəli professor: "Ermənilərin tarixən apardıqları soyqırımı siyasəti bu gün də davam etməkdədir"
Ermənilərin işğalçılıq və soyqırım siyasəti üzündən Qafqazda heç cür sülh əldə etmək mümkün olmayıb. Məlumata görə, bunu Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin direktoru Kemal Çiçek deyib.
PA rəsmisi: "Azərbaycanda yaşayan ermənilərlə azərbaycanlılar arasında heç bir münaqişə yoxdur"
"Ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasəti bizim milli mədəni və tarixi abidələri də əhatə edib". Məlumata görə, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti” mövzusunda beynəlxalq elmi konfransında deyib.
İtaliyada ƏMƏLİYYAT - Terrorçu Amri ilə əlaqədə olan 5 nəfər saxlanıldı
İtaliyada keçirilən əməliyyat nəticəsində Berlin terrorçusu Anis Amri ilə əlaqədə şübhəli bilinən 5 nəfər saxlanılıb. Məlumata görə, həmin şəxslərin saxlanılması üçün Romada, eləcə də Neapol və digər şəhərlərdə axtarışlar aparılıb. Saxlanılanlardan birinin A.Amriyə saxta sənəd düzəltməyə çalışmaqda ittiham olunduğu bildirilir.
Bakıda avtobusda gənc oğlandan sərnişinlərə qarşı TƏRBİYƏSİZLİK - Təhqir etdi, döydü... - VİDEO
Dünən axşam saatlarında 65 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda insident baş verib. Sərnişindaşıma ilə məşğul olan “Xaliq Faiqoğlu” şirkətinin mərkəzi müşahidə şöbəsinin əməkdaşları tərəfindən 10 TH 318 dövlət qeydiyyat nişanlı avtobusda gənc oğlanın orta yaşlı qadına hücum etməsi aşkar olunub və bununla bağlı dərhal polisə məlumat verilib.
“WhatsApp”dan daha bir yenilik
Populyar "WhatsApp" messencerində məhsul və xidmətləri ödəməyə imkan verən yeni funksiya yaradılıb. "WhatsApp" istifadəçiləri bu və ya digər xidmət və məhsulları QR-şifrə vasitəsilə ödəyə biləcəklər. Belə bir imkan messencerin sonuncu versiyasında reallaşdırılıb.
"Barselona"da itki - 3 həftə oynamayacaq
"Barselona" ciddi itki ilə üzləşib. Komandanın müdafiəçisi Luka Din zədələnib. Fransa millisinin üzvü yığmanın düşərgəsində olarkən əzələsindən zədə alıb. Tibbi müayinədən keçdikdən sonra onun 3 həftə meydana çıxa bilməyəcəyi məlum olub.
Türkiyədə 150 tələbə zəhərləndi - Xəstəxanaya yerləşdirildi
Türkiyənin Bursa vilayətində Nilüfər rayonunda 150 tələbə xəstəxanaya yerləşdirilib. Buna səbəb tələbələrin zəhərlənməsi olub. Hazırda tələbələrin səhhəti normal qiymətləndirilir. Zəhərlənən tələbələrin hamısının Türkiyə vətəndaşları olduğu bildirilib.
Lotu Qulidən üzr istəyən gəncdən yeni video – VİDEO 18+
"Hərə bir söz yazıb. Guya məni sındırıblar” Minval.İnfo xəbər verir ki, bu sözləri bi müddət əvvəl "Lotu Quli” ləqəbli Nadir Səlifovdan üzr istəyən Yeraz Əli adlı şəxs yeni video paylaşıb. Əli bu videosunda onu çəkdiyi videoya görə söyənlərə səslənib, onları öldürəcəyini deyib: "Hərə bir söz danışır.
Nazirlik xəbərdarlıq etdi - Bakıda toz dumanı normadan artıqdır
Martın 29-30-da ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Olaylar.az - a verilən məlumata görə, buna səbəb ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz dumanının daxil olmasıdır.
Kemerovodakı yanğında xəsarət alanların sayı 79-a çatdı
Rusiyanın Kemerovo şəhərində baş verən dəhşətli yanğında xəsarət alanların sayı 79-a çatıb. Bu gün 12 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 67-ə ambulator yardım göstərilib.














