Məşhur modelyer Xalq artistinin klipinə çəkildi 

Aygün Kazımova yeni klipini təqdim edib. Xalq artisti Aygün Kazımova “Hardasan” adlı yeni mahnısını və klipləşdirib. Sözləri Gülağa Tənhaya aid olan mahnı modern aranjimanda hazırlanıb. Bəstə isə bəstəkar İsmayıl Əsədov tərəfindən Aygün Kazımovaya hədiyyə edilib. Bəstəkar 11 ildir ki, bu mahnını Aygün Kazımovanın ifasında eşitməyi arzuladığını bildirib. Bir neçə saat ərzində musiqi platformlarında üst sıralara yüksələn “Hardasan” mahnısı Aygün Kazımovanın növbəti meqahiti hesab oluna bilər.

Aygün Kazımova yeni klipini təqdim edib. Xalq artisti Aygün Kazımova "Hardasan" adlı yeni mahnısını və klipləşdirib. Sözləri Gülağa Tənhaya aid olan mahnı modern aranjimanda hazırlanıb. Bəstə isə bəstəkar İsmayıl Əsədov tərəfindən Aygün Kazımovaya hədiyyə edilib. Bəstəkar 11 ildir ki, bu mahnını Aygün Kazımovanın ifasında eşitməyi arzuladığını bildirib. Bir neçə saat ərzində musiqi platformlarında üst sıralara yüksələn "Hardasan" mahnısı Aygün Kazımovanın növbəti meqahiti hesab oluna bilər.

Müğənni bu əsəri dərin hiss və həyəcanla ifa edib. Klipdə Aygün Kazımovanın teatrallaşdırılmış rəqsi maraq oyadır. Ekran işində sənətçinin tərəf müqabili Türkiyədə fəaliyyət göstərən həmyerlimiz modelyer-dizayner Rüfət İsmayıldır. Klipin rejissoru Teymur Nəcəfzadə, özünün ekran işində xüsusi qrafika yaradıb. Montaj və rəng effektləri Elrəngə məxsusdur. Müğənninin imici üzərində Ruxa, Telman Heybətov və dizayner Rüfət İsmayıl çalışıb.

Lahiyə rəhbəri SS Production-dır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31