Gündəm

Yanğın söndürüldü

12 Aprel 2018 10:12

Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının və kənd sakinlərinin birgə səyləri nəticəsində 15-40 radələrində söndürülüb. Yanğın zamanı 0,5 hektar ərazidə quru ot örtüyü və xəzəl yanıb.

Məşhur aparıcı nişanlandı - FOTO

12 Aprel 2018 10:10

Türkiyəli aparıcı Burcu Esmersoy nişanlanıb. Aparıcı iş adamı sevgilisi Berk Suyabatmazla münasibətini rəsmiləşdirib. Cütlüyün nişanında yaxınları iştirak edib. Burcu ilə Berk mayda ailə quracaqlar.

Azərbaycanın ABŞ-dakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə başa çatdı

12 Aprel 2018 09:14

Azərbaycanın ABŞ-dakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da yekunlaşıb. Seçkinin gedişatı barədə məlumatlar gün ərzində mütəmadi olaraq Mərkəzi SeçkiKomissiyasına göndərilib. Səfirlikdən Olaylar.az - a bildirilib ki, ABŞ-ın şərq ştatlarında daimi və müvəqqəti yaşayan, xidməti ezamiyyətdə olan, habelə Səfirliyin və Azərbaycanın Nyu-Yorkdakı BMT yanında daimi nümayəndəliyinin əməkdaşları və ailə üzvləri, bu ölkədə təhsil alan və Vaşinqtona qısa müddətli səfər edən Azərbaycan Respublikası vətəndaşları səsvermə prosesində fəal iştirak ediblər. Konsulluq qeydiyyatında olan vətəndaşların71.1% səsvermədə iştirak edib.

Kann festivalı İran filmi ilə açılacaq

12 Aprel 2018 09:08

71-ci Kann festivalı İran rejissoru Əsgər Fərhadinin “Hamı bilir” filmi ilə açılacaq. Film mayın 8-də “Lümyerlərin teatrı”nda nümayiş olunacaq. İspaniya, Fransa və İtaliyanın birgə istehsalı olan filmdə baş rollarda Penelopa Krus və Xavyer Bardem oynayır.

Ən aktiv və passiv seçki dairəsi məlum oldu

12 Aprel 2018 09:05

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə (səsvermə başlayan andan-saat 08:00-dan başa çatanadək-saat 19:00-dək) ən aktiv və passiv seçki dairəsinin adı açıqlanıb. Seçicilərin aktiv olduğu seçki dairəsi Şərur-Sədərək seçki dairəsidir. Bu seçki dairəsidə 38 min 713 nəfərdən 32 min 132 nəfəri (83%) səsvermədə iştirak edib.

Binəli Yıldırım İlham Əliyevi təbrik etdi

12 Aprel 2018 09:03

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: Aprelin 11-də Azərbaycanda keçirilən seçkilərdə prezident vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi çatdırıram.

İranda yenə zəlzələ

12 Aprel 2018 09:00

Ərdoğanla Tramp telefonla danışdı

12 Aprel 2018 08:57

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

MSK: Seçicilərin 86 faizi İlham Əliyevə səs verib

12 Aprel 2018 08:55

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov ölkəmizdə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. M.Pənahov 125 seçki dairəsinin hamısında seçkilərin baş tutduğunu bildirib. O qeyd edib ki, 5641 məntəqənin artıq 3675-nin – 65 faizinin nəticələri hesablanıb.

Ərdoğan İlham Əliyevi təbrik etdi

12 Aprel 2018 08:52

Aprelin 11-də Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanAzərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb.

Ramazan ayında İstanbulda dünyanın ən böyük məscidi açılacaq

12 Aprel 2018 08:49

Türkiyənin İstanbul şəhərində dünyanın ən böyük məscidi tikilib. "Çamlıca" ibadət ocağı Ramazan ayında (mayın 15-dən iyunun 14-dək) açılacaq. Məlumata görə, məscidin tikinti işləri artıq başa çatıb və hazırda son tamamlama işləri gedir. Qeyd edək ki, məscidin sahəsi on beş min kvadrat metrdir. "Çamlıca"da eyni vaxtda 50 minə qədər insan ibadət edə biləcək.

Leyla Əliyeva atasını BELƏ TƏBRİK ETDİ - FOTO

12 Aprel 2018 08:47

​​​​​​​Sevimli prezidentimizi və mənim ən layiqli və əziz atamı təbrik edirəm! Bu sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İnstaqram hesabında atası İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsi münasibətilə yazdığı təbrik mesajında qeyd edib.

Heydər Əliyev atasını TƏBRİK ETDİ - FOTO​​​​​​​

12 Aprel 2018 08:43

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev “ekzit-poll” nəticələrinin elan olunmasından dərhal sonra sosial şəbəkədə paylaşım edərək, atasını təbrik edib.  Heydər Əliyev atası ilə birgə fotosunu paylaşaraq yazıb:

Demokratik ənənələrə sadiqlik və yüksək seçici fəallığı

12 Aprel 2018 00:01

Aprelin 11-də Azərbaycanın ictimai-siyasi həyatında daha bir mühüm hadisə baş verdi. Ölkə vətəndaşları azad və müstəqil şəkildə növbəti müddətə öz prezidentini seçdi. Məlumat üçün qeyd edək ki, ölkənin bir nömrəli postu uğrunda mübarizəyə 8 namizəd qoşulmuşdu ki, bunlar Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, ADP sədri Sərdar Cəlaloğlu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, millət vəkili Zahid Oruc, ASDP-nin həmsədri Araz Əlizadə, BAXCP sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və AXCP sədri Razi Nurullayev idi. Dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən Azərbaycanda 5 milyon 192 min 42 səsvermə hüququ olan vətəndaş  var ki, onlar da respublikadakı 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində öz vətəndaşlıq hüquqlarından istifadə etdilər.

GUAM PA: "Azərbaycanda seçki sağlam rəqabət şəraitində, demokratik keçib"

11 Aprel 2018 22:09

GUAM-ın Parlament Assambleyasının müşahidə missiyası Azərbaycanda prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Məlumata görə, mətbuat konfransında çıxış edən təşkilatın Gürcüstan parlamenti heyətinin rəhbəri Georgi Mosidze Bakı, Sumqayıt və Xızıda müşahidə apardıqlarını deyib.