Aİ İrəvandakı forum üçün 150 türkiyəli iş adamının xərclərini qarşılayıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Hraparak" qəzetinin yazdığına görə, İrəvanda keçirilən iqtisadi forumda iştirak edən 150 türkiyəli sahibkarın yaşayış və səfər xərcləri Avropa İttifaqı tərəfindən maliyyələşdirilib. Tədbir Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması və sərhədüstü əlaqələrin möhkəmləndirilməsi üzrə Aİ qrantı çərçivəsində təşkil olunub.

Nəşr qeyd edir ki, türkiyəli qonaqların seçimi və sayında Ermənistan tərəfi iştirak etməyib və onlar üçün 100 min dollardan çox vəsait xərclənib. Bununla yanaşı, Ermənistanın bölgələrindən (məsələn, Mehri və ya Aqaradan) gələn yerli iş adamlarının xərcləri ödənilməyib, onlar paytaxta öz hesablarına gəliblər.

Bu görüşdən əvvəl, iyun ayında Ermənistan və Türkiyə sahibkarları Qars və Van şəhərlərində bir araya gəliblər. Baş nazir Nikol Paşinyan isə hökumətin yaxın vaxtlarda Türkiyə sərhədindəki Gümrü - Akyaka və Yerasx istiqamətində dəmir yollarının bərpasına başlayacağını, Axalkalaki - Qars xəttinin isə artıq yük daşımaları üçün açıq olduğunu bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31