Gündəm
Almaniya Bundestaqının üzvü: "Azərbaycanda seçkilər azad və demokrat keçirilib"
"Sivil Dialoq" beynəlxalq müşahidə qrupunun ikinci missiyası prezident seçkilərində müşahidə ilə bağlı bəyanatını açıqlayıb. Bolqarıstan parlamentinin təmsilçisi, "Sosialist" partiyasının üzvü Penço Milkov müxtəlif seçki məntəqələrində olduğunu, seçki prosesinin qanunvericilik çərçivəsində keçirildiyini, yüksək seçici fəallığı müşahidə etdiyini bildirib.
İtaliyalı deputat: "Seçki prosesi mükəmməl təşkil olunub"
Sergey Markov: "Seçkilərin nəticəsi Azərbaycan xalqının iradəsini əks etdirir"
"Azərbaycanda seçkilər demokratik şəkildə keçirilib". Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Türk ordusuna hücum edildi: "şəhid və yaralılar var"
Şimali İraqda PKK raket hücumu reallaşdırıb. Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Hücum nəticəsində 1 əsgər şəhid olub, 3-ü yaralanıb.
“Exit-poll”un ilkin nəticələri açıqlanıb - İlham Əliyev böyük səs çoxluğu ilə öndədir
Azərbaycanda keçirilən prezident seçkisini izləyən yerli və beynəlxalq təşkilatlar seçkilərin şəffaf və ədalətli keçirilməsi qənaətindədirlər. Müşahidəçilərin qənaətinə görə, seçki prosesində təşviqat kampaniyasından tutmuş səsvermə anına qədər bütün proseslər beynəlxalq standartlara uyğun olub.
YAP: "Azərbaycan xalqı İlham Əliyevi prezident seçib"
Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirilib. YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, saat 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatıb və seçkilər baş tutmuş hesab edilir: "MSK-dan verilən məlumata görə, səsvermədə 3,9 milyondan çox seçici iştirak edib. "Exit-poll"ların keçirdiyi sorğular nəticəsində İlham Əliyev 80 faizdən yuxarı səs qazanıb. Bu ondan xəbər verir ki, YAP sədri prezident seçkilərində inamlı qələbə qazanıb. Hesab edirik ki, Mərkəzi Seçki Komissiyası da yaxın vaxtlarda nəticələri elan edəcək. Azərbaycan xalqı doğru seçim edərək İlham Əliyevi prezident seçib".
Ukraynalı müşahidəçilər: "Azərbaycanda prezident seçkiləri azad və demokratik prinsiplərə uyğun keçdi"
Azərbaycanda prezident seçkiləri azad, demokratik prinsiplərə və hazırkı qanunvericilik prinsiplərinə uyğun keçdi. Məlumata görə, bunu mətbuat konfransında Ukrayna parlamentinin müşahidə missiyasının rəhbəri Maksim Kuryaçi deyib.
Gürcü deputat: “Seçkilər Avropa standartlarına uyğun keçirilib”
"Azərbaycanda prezident seçkiləri sakit başa çatıb". Bunu Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.
AVCİYA: "Səsvermə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb"
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİA) Azərbaycanda bu gün keçirilən prezident seçkilərində apardığı monitorinqin nəticələrini açıqlayıb.
Tramp Peterburqun fəxri kazakı adından məhrum edilib
Rusiyada Amerika istehsalı məhsullara qadağa qoyula bilər
ABŞ-ın sanksiyalarına qarşı Rusiyanın atacağı addımlar barədə danışan RF baş naziri Dmitri Medvedev qeyd edib ki, o, Amerikada istehsal olunan bütün məhsulların Rusiya ərazisində satışının qadağan edilməsinin tərəfdarıdır.
Ən ucqar seçki məntəqələrində də yüksək seçici fəallığı qeydə alınıb - BƏYƏNAT
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) bu gün keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Sechki-2018.az saytının məlumatına görə, bəyanatda deyilir: "11 aprel Azərbaycan Respublikasının Prezidentinin seçkiləri ölkə qanunvericiliyi və beynəlxalq normalara uyğun keçirilib.
Özbəkistan parlamentinin sədr müavini: “Səsvermə zamanı siyasi mədəniyyət yüksək olub”
"Prezident seçkilərinin yüksək səviyyədə təşkili münasibətilə Azərbaycan Mərkəzi Seçki Komissiyasını təbrik edirəm". Bunu Özbəkistan Parlament Məclisi sədrinin müavini Sarvar Otamurodov prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.
"Rəy" Monitorinq Mərkəzinin "exit-poll"unun nəticələri: İlham Əliyev 84.49 faiz səs toplayıb
"Rəy" Monitorinq Mərkəzi Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı "exit-poll"un nəticələrini açıqlayıb. Məlumata görə, mərkəzin direktoru Rizvan Abbasov deyib ki, seçici fəallığı 72,3 faiz təşkil edib.
Latviyalı deputat: “Heç bir qanun pozuntusu aşkarlanmayıb”
“Seçkilərin keçirildiyi 10 məntəqədə olduq. Heç bir qanun pozuntusu aşkar olunmayıb”. Məlumata görə, bunu Latviya Seyminin deputatı Roamans Nudins Azərbaycan prezident seçkilərindən sonra keçirdiyi mətbuat konfransında deyib.














