Aİ rusiyalıların girişinə qadağa məsələsində səylər göstərir- ÖZƏL

Avropa Komissiyası son dörd il ərzində Rusiya vətəndaşlarının Avropa İttifaqına girişinin məhdudlaşdırılması istiqamətində ciddi səylər göstərib. Lakin yekun qərarların qəbul edilməsi Aİ ölkələrinin səlahiyyətindədir.
Diplomatik mənbənin sözlərinə görə, Avropa Komissiyası bu istiqamətdə müxtəlif təşəbbüslər irəli sürsə də, ayrı-ayrı şəxslərin və ya Rusiya vətəndaşlarının Aİ ölkələrinə girişinə qadağa qoyulması ilə bağlı son qərarı üzv dövlətlər verir. Olaylar.az xəbər verir ki, mənbə bununla bağlı vurğulayıb ki, Avropa Komissiyasının səylərinə baxmayaraq, giriş məhdudiyyətlərinin tətbiqi Aİ-yə üzv ölkələrin milli qərarlarından asılıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31