Rusiyada Amerika istehsalı məhsullara qadağa qoyula bilər
ABŞ-ın sanksiyalarına qarşı Rusiyanın atacağı addımlar barədə danışan RF baş naziri Dmitri Medvedev qeyd edib ki, o, Amerikada istehsal olunan bütün məhsulların Rusiya ərazisində satışının qadağan edilməsinin tərəfdarıdır.
11 Aprel 2018 20:36 DünyaABŞ-ın sanksiyalarına qarşı Rusiyanın atacağı addımlar barədə danışan RF baş naziri Dmitri Medvedev qeyd edib ki, o, Amerikada istehsal olunan bütün məhsulların Rusiya ərazisində satışının qadağan edilməsinin tərəfdarıdır.
Virtualaz.org "Gazeta.ru"ya istinadən xəbər verir ki, hökumət başçısının sözlərinə görə, bu barədə yekun qərarı prezident Vladimir Putin verəcək.
"Bazarımızda ABŞ-da istehsal edilmiş xeyli məhsul var. Bunlar yalnız qiymətli kağızlar deyil - onlarla ayrıca məşğul olmaq lazımdır. Buraya xeyli digər məhsullar da aiddir ki, bizə ixrac edilir və Amerika biznesi tərəfindən istehsal olunur", - Medvedev bildirib.