Tramp Peterburqun fəxri kazakı adından məhrum edilib

ABŞ prezidenti Donald Tramp Rusiyanın Sankt-Peterburq şəhərinin Kazak Cəmiyyətinin fəxri üzvlüyündən çıxarılıb.

Virtualaz.org "78" telekanalına istinadən xəbər verir ki, bunu ataman Andrey Polyakov deyib. Onun sözlərinə görə, bu qərar təxminən bir il bundan əvvəl qəbul olunub. Trampın fəxri addan məhrum edilməsinin səbəbi isə seçkiqabağı vədlərini yerinə yetirməməsidir.

"Seçkidən qabaq verdiyi sözlərlə sonradan etdiklərinin arasında yerlə göy qədər fərq var", - Polyakov vurğulayıb.

Kazak cəmiyyəti sabah aksiya təşkil edərək, Tramoın müqəvvasını və ABŞ-ın Sankt-Peterburqda bağölanmış səfirliyinin üstündən çıxarılmış dövlət bayrağını yandırmaq niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31