Qvaramiya: Qaribaşviliyə yalan xəbərçilik üzrə yeni ittiham verilə bilər – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Dəyişikliklər üçün Koalisiya"nın həmsədri Nika Qvaramiya dindirilmədən sonra jurnalistlərə bildirib ki, həbsdə olan keçmiş baş nazir İrakli Qaribaşviliyə yalan (xəbərçilik) maddəsi ilə yeni ittiham irəli sürülə bilər. Lazare Corbenadzenin ölümü ilə bağlı aparılan istintaq çərçivəsində dindirilən 

Qvaramiyanın fikrincə, proses ya Qaribaşvilinin Bidzina İvanişviliyə qarşı mübarizə apardığını göstərmək məqsədli təbliğat yönündə inkişaf edəcək, ya da keçmiş baş nazirə qarşı rəsmi olaraq yeni ittiham qaldırılacaq. O, qaldırılan məsələnin böyük ictimai maraq doğurduğunu, hakim partiya rəhbərləri Mamuka Mdinaradze və İrakli Kobaxidzenin də bu iddialardan narahat olmalı olduqlarını və Qaribaşvilinin məsələyə əlavə aydınlıq gətirməsinin zəruriliyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31