MSK: Seçicilərin 86 faizi İlham Əliyevə səs verib
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov ölkəmizdə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. M.Pənahov 125 seçki dairəsinin hamısında seçkilərin baş tutduğunu bildirib. O qeyd edib ki, 5641 məntəqənin artıq 3675-nin – 65 faizinin nəticələri hesablanıb.
12 Aprel 2018 08:55 SiyasətAzərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov ölkəmizdə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.
M.Pənahov 125 seçki dairəsinin hamısında seçkilərin baş tutduğunu bildirib. O qeyd edib ki, 5641 məntəqənin artıq 3675-nin - 65 faizinin nəticələri hesablanıb.
M.Pənahov hazırda 2667220 bülletenin sayıldığını bildirib. Seçici səslərinin 65 faizindən çoxunun nəticələri belədir:
1. İlham Əliyev (2 milyon 290 min 496 səs) - 86.09%
2. Qüdrət Həsənquliyev - (80 min 844 səs) 3.04%
3. Zahid Oruc - (81 min 695 nəfər səs) - 3.07%
4. Sərdar Məmmədov (79 min 108 səs) - 2.97%
5. Fərəc Quliyev (31 min 317 səs) - 1.18%
6. Hafiz Hacıyev (40 min 171 səs) - 1.51%
7. Araz Əlizadə (37 min 145 səs) - 1.40%
8. Razi Nurullayev (19 min 856 səs) - 0.74%